18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Rafael bürünc, İrina qızıl qazandı
İspaniyanın Madrid şəhərində keçirilən 2018-ci il Dünya Çempionatında Azərbaycan karateçiləri ilk medallarını qazanıblar.
Emtv.az xəbər verir ki, 5 qat dünya çempionu, 75 kq çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev bürünc medal uğrunda döyüşdə özbəkistanlı Dastonbek Otobolaevlə qarşılaşıb.
33 yaşlı idmançımız rəqibini məğlub edərək bürünc medal qazanıb. Bu, Rafael Ağayevin karyerası ərzində ilk dünya üçüncülüyüdür.
68 kq çəki dərəcəsində döyüş qadın karateçimiz İrina Zaretska isə finalda Rusiya təmsilçisi Viktoriya İsaeva ilə qarşılaşıb.
Döyüşü qələbə ilə başa vuran idmançımız çempionatda komandamıza ilk qızıl medal qazandırıb.
Bu, onun karyerasındakı ilk dünya çempionluğudur.
Daha bir idmançımız, para-karateçi Sahib Əhədov isə Bakı vaxtı ilə 22:35-də finalda döyüşəcək.
Qeyd edək ki, Ayxan Mamayev, Şahin Atamov, Roman Heydərov, Reza Nedai, Fəridə Əliyeva çıxışlarını medalsız başa vurublar.
Kumite
Final
-68 kq
İrina Zaretska - Viktoriya İsaeva (Rusiya) - 1:1
Bürünc medal görüşü
-75 kq
Rafael Ağayev - Dastonbek Otobolaev (Özbəkistan) - 2:1
Xumar Rəsulova
Emtv.az
Paylaş.