SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Karateçimiz Dünya Oyunlarının qalibidir

26-07-2017, 13:24 | Oxunub: 7 184 |

Karateçimiz Dünya Oyunlarının qalibidir
Azərbaycan karateçisi Firdovsi Fərzəliyev (60 kq) Dünya Oyunlarının qalibi olub. Polşanın Vrotslav şəhərində mötəbər yarışın finalında F.Fərzəliyev dünya reytinqinin birincisi, iranlı idmançı Əmir Mehdizadəni 4:2 hesabı ilə məğlub edərək karyerasında daha bir uğur qazanıb.

Emtv.az xəbər verir ki, təcrübəli karateçimiz Emad Əlmalikiyə (Səudiyyə Ərəbistanı) 2:0, ötən il Avstriyada dünya çempionatının yarımfinalında hakim qərəzi ilə məğlub olduğu hollandiyalı Geofri Berensə və Matias Qarsia Qomesə (İspaniya) xalsız başa çatan döyüşlərdə hakimlərin qərarı ilə qalib gələrək “B” qrupunu ikinci yerdə başa vurub. Yarımfinalda “A” qrupunun lideri, tanınmış braziliyalı idmançı Duqlas Santos Brosu 5:0 hesablı tam üstünlüklə məğlub edən F.Fərzəliyev finala yüksəlib. Qızıl medal uğrunda görüşdə iranlı rəqibini üstələyən karateçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Dünya Karate Federasiyasının rəsmi səhifəsində (WKF) Firdovsi Fərzəliyevin döyüşləri haqqında qeydlər var. Onu bu çəki dərəcəsində sürpriz nəticələrdən biri adlandırsalar da, F.Fərzəliyevin son illər rəsmi yarışlarda böyük nəticələr göstərməsi, 60 kiloqram çəki dərəcəsində də Azərbaycan karateçilərinin yüksək əyarlı medallara iddialı olmasının göstəricisidir.


Bu nəticə ilə Azərbaycan Dünya Oyunlarının karate yarışlarında ilk gün 12 medal qazana bilən ölkə arasında Yaponiya və Fransa ilə birgə liderliyi bölüşür. İyulun 26-da daha bir idmançımız - Ayxan Mamayev tatamiyə çıxacaq. Son dünya çempionatının nəticələrinə əsasən, Dünya Oyunlarına dəvət edilənlər arasında Rafael Ağayev (75 kq) olsa da, favorit idmançımızın zədəsi bu mötəbər yarışda onun çıxış etməsinə imkan verməyib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR