18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Yazıçılar Birliyinin üzvləri Naxçıvan Müəllimlər İnstitutunun tələbələri ilə görüşüblər
Azərbaycan ədəbiyyatı tarixən özünəməxsus xüsusiyyətləri və ənənələri ilə seçilib. Tarixin bütün dövrlərində Naxçıvanda yaşayıb-yaradan yazıçı və şairlər ədəbiyyatımıza öz töhfələrini veriblər.
Emtv.az yerli Kİv-ə istinadən xəbər verir ki, bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikada yaşayıb-yaradan qələm sahibləri ilə tələbələrin görüşündə səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev bildirib ki, muxtar respublikanın təhsil ocaqlarında tələbələrin yazı, mütaliə vərdişlərini inkişaf etdirmək və onları yaradıcılığa həvəsləndirmək məqsədi daşıyan görüşlərin keçirilməsi artıq ənənə halını alıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin tarixinə nəzər salan birliyin sədri Asim Yadigar vurğulayıb ki, indiyə kimi 30-a yaxın almanax dərc olunub. Bunların 16-sı son 11 ildə işıq üzü görüb. Şair və yazıçıların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, onlar Prezident mükafatına və fəxri adlara layiq görülüblər.
Tədbirdə Yazıçılar Birliyinin üzvlərindən İbrahim Yusifoğlu, Əbülfəz Ülvü, Elxan Yuroğlu, Qafar Qərib, Sədaqət Nemət, Süsən Kərimli çıxış edərək, muxtar respublikada yaradıcı insanlara göstərilən dövlət qayğısından danışıb, gənc nəslin intellektual səviyyəsinin yüksəlməsi üçün mütaliənin əhəmiyyətini vurğulayıblar.
Təhsil ocağının məzunlarından Mirşahin Seyidov, Ayxan Hüseynov və başqalarının söylədikləri şeirlər maraqla qarşılanıb.
Sonda tələbələrin sualları cavablandırılıb. Öz şeirlərini səsləndirən tələbələrə hədiyyələr verilib.
Seymur Rəhimov
Emtv.az
Paylaş: