SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun 60 illik yubileyi qeyd olunub

3-11-2018, 16:54 | Oxunub: 14 347 |

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun 60 illik yubileyi qeyd olunub

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun 60 illik yubileyi qeyd olunub.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova muxtar respublikada tanınmış sənət adamlarına göstərilən yüksək dövlət qayğısından bəhs edib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov bildirib ki, Səyyad Bayramov ömrünün 30 ildən çoxunu Naxçıvan teatrına, muxtar respublikada rəsm sənətinin inkişafına həsr edib, 20-dən artıq tamaşaya tərtibat verib. Onun yaxından iştirakı ilə ərsəyə gələn Hüseyn Cavidin “Topal Teymur”, Nəriman Nərimanovun “Nadir şah”, Nazim Hikmətin “Kor padşah”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərləri böyük tamaşaçı marağına səbəb olub. Səyyad Bayramov rəssamlıq sənətinin digər janrlarında da uğurlu nümunələr yaradıb.

O, muxtar respublikada keçirilən yaradıcılıq müsabiqələrində və təşkil olunan sərgilərdə yaxından iştirak edir, maraqlı rəsm əsərləri ilə tamaşaçının rəğbətini qazanır. Səyyad Bayramov gənc rəssam kadrların yetişməsinə də öz töhfəsini verir. O, Rəssamlar Birliyinin üzvü kimi üzərinə düşən ictimai vəzifələrin öhdəsindən layiqincə gəlir. Səyyad Bayramovun yaradıcılığı və əməyi yüksək qiymətləndirilib, 2008-ci ildə o, “Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı” fəxri adına, 2013-cü ildə isə Azərbaycan Respublikasının Prezident təqaüdünə layiq görülüb. Bu gün 60 yaşı tamam olan Səyyad Bayramov yaradıcılığının məhsuldar bir dövrünü yaşayır.

Əli Həsənov Səyyad Bayramovun gələcəkdə də muxtar respublikada mədəniyyətin inkişafına öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib, onu Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adından təbrik edib və yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev yubilyarı təbrik ediblər.

Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov yaradıcılığına yüksək qiymət verildiyinə, göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Aynurə Kərimli
Emtv.az


Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR