18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Maliyyə Nazirliyi elə bir qurumdur ki…”
“Maliyyə Nazirliyi elə bir qurumdur ki, ştatların artırılması məsələsinin qarşısını almağa da xidmət edir. Bu, daimi prosesdir”.
Emtv.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentdə daimi komitələrin birgə iclasında 2019-cu ilin büdcə layihəsinin müzakirəsi zamanaı deputatların dövlət strukturunda çalışan şəxslərin çoxluğu və onların ixtisarı ilə bağlı qaldırılan suallara cavab verərkən deyib.
Nazir qeyd edib ki, ştatlar bir qədər azaldılır, ancaq sonradan min səbəb tapılır, ştatlar artırılır. “Bəzi dövlət büdcəsindən maliyyələşən təşkilatların hüquqi forması dəyişdirilib. Yəni, söhbət publik hüquqi şəxsdən gedir. Ancaq bu belə onların dövlət büdcəsindən asılılığını azaltmayıb. Yalnız bir neçəsi müstəqildir. 396 milyon manat vəsait publik hüquqi şəxslərin fəaliyyət göstərilməsi üçün artırılıb. Cənab prezidentin tapşırığı odur ki, dövlət aparatı daha səmərəli fəaliyyət göstərsin”.
Sevc Əlimova,
Emtv.az