17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
70-dək dövlət xəstəxanası pullu xidmət göstərə bilər
Azərbaycanda 70-dək dövlət tibb müəssisəsinə ödənişli əsaslarla tibbi xidmət göstərmək hüququ verilə bilər.
Emtv.az xəbər verir ki, bunu trend-ə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov deyib.
E.Əzizovun sözlərinə görə, hələ 1997-ci ildə qəbul edilən “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda pullu tibbi xidmətlərin göstərilməsi məsələsi öz əksini tapıb: “Lakin bundan sui-istifadə halları olduğuna görə bu məsələləri həll etmək üçün müəyyən bir müddət lazım idi. Hələ 2008-ci ildə səhiyyə naziri Oqtay Şirəliyevin əmrinə uyğun olaraq, dövlət müəssisələrində pullu xidmət tam dayandırıldı. Digər tərəfdən, həmin vaxt dövlətin də imkanı var idi ki, əhaliyə tam pulsuz xidmət göstərə bilsin. Dövlət müəssisələri bu gün də əhaliyə pulsuz xidmətlər göstərirlər. Amma bununla belə inkar edilmir ki, dövlət müəssisələrində xidmətə görə ödənişin tələb edilməsi halları olur”.
E.Əzizov bildirib ki, müəssisələrin publik hüquqi şəxs olması bu ödənişləri qanuniləşdirməyə imkan yaradacaq. E.Əzizov hazırda dövlət tibb müəssisələrinin publik hüquqi şəxsə keçirilməsi üçün işlərin aparıldığını açıqlayıb.
Nazirlik rəsmisinin sözlərinə görə, publik hüquqi şəxs kimi fəaliyyət göstərməsi üçün artıq 70-ə yaxın dövlət tibb müəssisəsinin nizamnaməsi razılaşdırmaq məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilib. Nizamnamə razılaşdırıldıqdan sonra müəssisələr prosedura uyğun olaraq, Vergilər Nazirliyində qeydiyyatdan keçəcəklər. Bundan sonra isə artıq onların mülkiyyət forması dəyişəcək və onlar publik hüquqi şəxslər olacaqlar: “Publik hüquqi şəxs olma tibb müəssisələrinə kifayət qədər geniş imkanlar verəcək. Onlar büdcə ilə də maliyyələşə biləcəklər, hətta özlərinin əlavə pullu xidmət göstərmək imkanları da olacaq. 70-dək müəssisə publik hüquqi şəxs olduqdan sonra artıq onların ödənişli xidmət göstərmək hüququ olacaq. Hansı xidmətlərin pullu olacağı isə hökumət tərəfindən müəyyənləşdiriləcək. Hazırda yalnız mərkəzi xəstəxanaların publik hüquqi şəxs kimi fəaliyyət göstərməsindən söhbət gedir”.
E.Əzizov qeyd edib ki, dövlət tibb müəssisələrində tibbi xidmətlərin pullu olması həm də icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlıdır: “Bu xidmətlər pullu olduqda artıq onun qiymətini xəstə deyil, sığorta şirkəti ödəyəcək. Təbii ki, ödəniş də artıq rəsmi olacaq, pul əldən-ələ verilməyəcək”.
Emtv.az