SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Nazir: “Regionda baş verən proseslər Azərbaycana da təsir edə bilər”

6-11-2018, 14:59 | Oxunub: 9 482 |

Nazir: “Regionda baş verən proseslər Azərbaycana da təsir edə bilər”

“Elmin maliyyələşdirilməsi üçün xərclər ötən illə müqayisədə təxminən 5 milyon manat artıb. Bu artım tam qane etmir. Lakin biz dövlət imkanlarını nəzərdən keçirərək, artımları imkanlarımıza uyğunlaşdırırıq”.

Emtv.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin daimi komitələrinin birgə iclasında 2019-cu ilin büdcə layihəsinin müzakirəsi zamanı deputataların qaldırdığı sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, 2019-cu ilin büdcə hazırlanması prosesin yeni büdcə qaydası əsasında həyata keçirilib.

“Bu büdcə qaydası müəyyən xətlər qoyub və onlar asanlıqla dəyişdirilə bilməz. Orada bir neçə məhdudlaşdırıcı xətt var. Bu xətlərdən biri xalis maliyyə aktivləridir. Dövlətimizin xarici valyutada olan və digər aktivlərindən borclar çıxıldıqdan sonra müəyyən faizi istifadə edilə bilər. Bu faiz orada müəyyən edilir. Bu, birinci məhdudlaşdırıcı amildir. Digər meyar ondan ibarətdir ki, növbəti ilin büdcəsi əvvəlki ilin büdcəsindən 103 faiz artıq ola bilməz, əvvəlki ilin qeyri-neft baza kəsiri isə növbəti ildən aşağı olmalıdır. Ona görə də çalışırıq ki, dövlətin bütün vəzifələrini bu çərçivədə həyata keçirək. İcmal büdcədə göstərilib ki, dövlət büdcəsində nəzərdə tutulan neftin proqnoz qiyməti nəzərə almaqla 2019-cu ilin sonunda Dövlət Neft Fondunda əlavə təxminən 1-2 milyard dollara yaxın gəlir olacaq. Bunun özü müsbət göstəricidir. Biz bir tərəfdən bütün xərclərimizi təmin edir, digər tərəfdən ehtiyatlarımızı artırırıq. Digər tərəfdən xərclərimizi elə həyata keçiririk ki, onlar makro iqtisadi sabitliyə təsir göstərməsin”- nazir qeyd edib.

Nazir bildirib ki, bütün bunlar kifayət qədər mürəkkəb xarici mühitdə baş verir: “Siz görürsünüz ki, bizim ətrafımızda xarici iqtisadi mühit hansı vəziyyətdədir. Şübhəsiz ki, regionda baş verən proseslər Azərbaycana da öz təsirini göstərə bilər. Şübhəsiz ki, biz həmin mənfi proseslərin Azərbaycana sirayət etməsinin qarşısını almalıyıq”.

Aynurə Kərimova,
Emtv.az


Paylaş

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR