17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda Fəaliyyət Göstərən Xarici Ölkələrin Səfirliklərinin və Diplomatik Nümayəndəliklərinin təmsilçiləri ilə QHT Rəhbərləri Bir Araya Gəliblər - FOTOLAR
Faiq ƏHMƏDOV: Müharibə çağırışlarını edənlər düşünürəm ki, ölkədə destabillik yaratmaqdan başqa heçbir məqsəd güdmürlər.
Rus və ingilis dillərində dərc olunmuş “Карабах: Bчера и сегодня. Karabakh: Yesterday and today” (“Qarabağ: Dünən və bu gün”) kitabı, eləcə də DVD formatında hazırlanmış sənədli filmlər toplusu tədbir iştirakçılarına təqdim olunmuşdur.
Emtv.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan-İraq Mədəni Əlaqələri” İctimai Birliyi tərəfindən reallaşdırılan “Qarabağ: Dünən və bu gün” mövzusunda layihənin hesabat xarakterli yekun tədbiri keçirilmişdir.
Keçirilən tədbirdə İrak dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dr. Fazil Avad Jebur Al-Şuvaili, Fələstinın Azərbaycandaki səlahiyyətli səfiri Abdul Kareem Raheem, Macarstan, ABŞ səfirliklərinin nümayəndələri və digər ölkələrin ölkəmizdəki səfirliklərinin və diplomatik nümayəndəliklərinin təmsilçiləri, Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri, media və ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.
Həmçinin tədbirə qatılanlar sırasında “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri, "İraq-Türkmən" yazarlar birliyinin üzvü, xeyriyyəçi məşhədi Faiq Əhmədov da olmuşdur.
Tədbirin gedişində rus və ingilis dillərində dərc olunmuş “Карабах: Bчера и сегодня. Karabakh: Yesterday and today” (“Qarabağ: Dünən və bu gün”) kitabı, eləcə də DVD formatında hazırlanmış sənədli filmlər toplusu tədbir iştirakçılarına təqdim olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Tahirə xanım Məmmədova 1988-1993-cü illər ərzində erməni hərbi təcavüzü nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyan barədə ətraflı məlumat vermiş, bir milyondan artıq vətəndaşımızın qaçqın düşdüyünü və ölkə ərazisinin 20%-nin işğal edildiyini bir daha tədbirə gələnlərin diqqətinə çatdırmışdır.
Həmçinin Tahirə xanım artıq 26 ildir ki, davam edən erməni işğalına dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların hələ də lazım olan səviyyədə reaksiya vermədiklərini və bu halın tamamilə yolverilməz olduğunu xüsusi olaraq vurğulamışdır.
Layihənin rəhbəri demişdir ki, bu tədbirin də əsas məqsədi məhz səfirliklərin vasitəsilə onların təmsil etdikləri ölkələrin hökumətlərinə Qarabağ problemi ilə bağlı əsil həqiqətləri çatdırmaqdır.
Daha sonra çıxış üçün söz alan Faiq Əhmədov bu gün daha çox xarici ölkələrdə məskunlaşmış bəzi müxalifət təmsilçilərinin müharibə çağırışlarına münasibət bildirmişdir.
Bu populist çıxışların əslində ölkəmizdə qeyri-stabillik yaratmaq cəhdləri olduğunu vurğulayan Faiq müəllim, eyni zamanda Azərbaycan ordusunun istənilən vəzifənin öhdəsindən gələ bilmək iqtidarında olduğunu, bununla belə ölkə rəhbərliyi tərəfindən hələ də problemin sülh yolu ilə həllinin tapılması istiqamətində göstərilən səylərin yeganə düzgün siyasət olduğunu qeyd etmişdir.
Öz çıxışında Faiq Əhmədov demişdir: “Bu gün bir çox üzdəniraq, dırnaqarası vətənpərvərlər ermənistanla müharibənin labüdlüyünü, işğal altında olan torpaqlarımızı yalnız bu yolla qaytarmağın mümkün olduğunu sübut etməyə çalışırlar.
Əlbəttə, Azərbaycan dövləti torpaqlarımızı hərb yolu ilə geri almaq haqqını özündə saxlayır.
Elə ordumuzun günü-gündən gücləndirilməsi, ölkənin hərbi potensialının yüksəldilməsi də bizim istənilən hərbi münaqişəyə hər zaman hazır ola bilməyimizi təmin etmək üçündür.
Bu gün Azərbaycan dövləti bu istiqamətdə gərgin və intensiv iş aparır.
Ölkə Prezidenti cənab İlham Əliyevin də bütün çıxışlarında birmənalı olaraq vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç zaman müzakirə mövzusu olmayıb və olmayacaq.
2016-cı ilin aprel döyüşləri də bir daha ordumuzun qüdrətini nümayiş etdirdi. Lakin bu da var ki, heç bir müharibə qurbansız olmur.
Biz isə, analarımızın gözü yaşlı qalmasını istəmirik.
Məhz bu səbəbdən Azərbaycan dövləti torpaqlarımızın dinc yolla qaytarılması cəhdlərini hələ də davam etdirir.
Müharibə çağırışlarını edənlər isə düşünürəm ki, ölkədə destabillik yaratmaqdan başqa heçbir məqsəd güdmürlər.
Əlbəttə, bütün bunlar artıq çoxdan hamıya məlum olan faktlardır.
Lakin biz bu gün məhz bu faktların əsasında Azərbaycanın erməni işğalı altında olan ərazilərinin işğaldan sonrakı dövr üçün inkişaf konsepsiyasını hazırlamalıyıq.
İlk növbədə də işğalın Azərbaycana vurduğu maddi-mənəvi zərərin statistikası hazırlanmalı və zamanı gəldikdə işğalçı tərəf bu ziyanı tam ödəməyə məcbur edilməlidir.
Biz öz torpaqlarımızı mütləq geri qaytaracağıq və həmin torpaqlarda yenidən yaşamağa indidən hazırlaşmalıyıq”.
Tədbirin gedişində bir çox QHT rəhbərləri çıxış edərək öz fikirlərini bildirmiş, “Qarabağ: Dünən və bu gün” layihəsinin yüksək əhəmiyyətini qeyd etmişlər.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunmuş, foto-şəkillər çəkilmişdir.
Hazırladı: İlahə Məmmədova;
Çəkiliş və Fotolar: Hilala məxsusdur.
Emtv.az