17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanın Dövlət Müstəqilliyi Günündə QHT Rəhbərləri Bir Araya Gəliblər - VİDEO - FOTOLAR
“Azərbaycanın Səsi” İB-nin sədri bu sözləri Beynəlxalq Mətbuat Mərkəzində bu gün
keçirilmiş tədbirdə çıxışı zamanı demişdir
Bu gün 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günündə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban xanım Abdullayevanın təşkilatçılığı ilə “İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği” layihəsi çərçivəsində son hesabat tədbiri keçirilmişdir.
Emtv.az xəbər verir ki, tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri, ziyalılar, QHT təmsilçiləri və media nümayəndələridə iştirak etmişlər. Həmçinin tədbirə qatılanlar sırasında Bakı Dövlət Unversitetinin məllimi, tarixçi-alim Nazim Tapdıqoğlu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi EminSəfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin bölmə rəisi Tofiq Əzizov, “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri, yazıçı-publisist xeyriyyəçi Məşədi Faiq Əhmədov, yazıçı-publisist Mübariz Süleymanlı və “Əsgər Ailələrinə Dəstək” İçtimai Birliynin sədri Mətanət Əsgərqızı da yer alıblar.
Layihənin rəhbəri, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban xanım Abdullayeva giriş sözü ilə tədbiri açaraq, ilk növbədə qonaqları salamlayıb.
Daha sonra layihə haqqında məlumat verən Mehriban xanım Abdullayeva bildirib ki, rəhbəri olduğu İB-in həyata keçirdiyi bu layihənin əsas məqsədi Azərbaycanın işğal altındakı ərazilərdə qalan tarixi abidələrimiz barədə ölkə ictimaiyyətinə, xüsusilə gənc nəslə daha ətraflı bilgilər verməkdən, həmin abidələri tanıtmaqdan ibarətdir.
Həmçinin layihənin daha bir məqsədi tarixi yaddaşımızın, dağıdılmış tarixi abidələrimizin izlərinin silinməsinin qarşısını almaq, ölkəmizdə fəaliyyət göstərən xarici təşkilatların nümayəndəliklərinə və onların vasitəsilə beynəlxalq ictimaiyyətə bu mövzu ilə bağlı əsil həqiqətləri çatdırmaqdır.
Bundan sonra Mehriban xanım Abdullayeva layihənin həyata keçirildiyi dövr ərzində baş tutmuş tədbirlər barədə məlumat vermiş, görülmüş işlərdən və gələcək planlardan bəhs etmişdir.
Tədbirin gedişində digər qonaqlar da söz alaraq çıxış etmiş, öz ürək sözlərini söyləmişlər. Həmçinin çıxış edənlər sırasında “Azərbaycanın Səsi” İctimai Birliyinin sədri, yazıçı-publisist, Məşədi Faiq Əhmədov da olmuşdur. İlk növbədə tədbirə toplaşanları 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edən Faiq Əhmədov daha sonra erməni terrorizmi mövzusunda bəzi fikirlərini bölüşmüşdür.
Natiq qeyd etmişdir ki, “ASALA”, “Krunq” və digər bu kimi terror təşkilatları hər zaman erməni separatizminin əsil simasını əks etdirən güzgülər olublar. Bütün dünyada isə, Türk milləti qədər bu separatizmdən çox əziyyət çəkən ikinci millət olmayıb.
Məxsusi olaraq Xocalı soyqırımını xatırladan Faiq Əhmədov vurğulamışdır ki, bu hadisə də bütün Türk dünyasının yaşadığı ən böyük və dəhşətli faciələrindən biri kimi qeyd olunmalıdır.
Faiq Əhmədov həmçinin demişdir: “Ola bilsin ki, bu gün hansısa xarici qüvvələr “Qarabağ kartı” ilə manipulyasiyalar edərək, dövlətimizi təhdid etməyə çalışsınlar. Lakin bu mümkün olan iş deyil. Çünki bu gün Azərbaycanın güclü ordusu vardır və Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışlarında dediyi kimi, biz Qarabağ torpaqlarını mütləq işğaldan azad edəcəyik”.
Öz çıxışının sonunda Faiq Əhmədov bir daha əmin olduğunu bildirmişdir ki, Azərbaycan istənilən halda öz ərazi bütövlüyünü bərpa edəcək və gec-tez bütün tarixi torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq: “Mən inanıram ki, bir gün gələcək biz Azərbaycan bayrağını İrəvanda asacağıq!”
Qeyd edək ki, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin “İşğal altında olan maddi və mənəvi abidələrin Bakıda və regionlarda təbliği” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 3 ay müddətində Quba, Xaçmaz, Şirvan regionları və Bakı şəhərində həyata keçirilib.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Hazırladı: İlahə Məmmədova;
Çəkiliş və Fotolar: Zakir Müslümova məxsusdur.
Emtv.az