SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Con Boltondan İrəvanda ciddi mesaj: “Paşinyan münaqişənin həllində həlledici addım atmalıdır”

25-10-2018, 18:26 | Oxunub: 11 202 |

Con Boltondan İrəvanda ciddi mesaj: “Paşinyan münaqişənin həllində həlledici addım atmalıdır”

“Bu gün Ermənistanın ən fundamental problemi xarici təsirlərdən uzaq tamhüquqlu suveren və müstəqilliyindən istifadəsi məsələsidir”.

Emtv.az xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvanda “Azadlıq” radiosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, xalq keçmiş tarixi şablonlardan imtina edərək, daha geniş beynəlxalq arenaya çıxmaq imkanları əldə etməlidir.

“ABŞ-ın nöqteyi- nəzərindən nə qədər demokratiya güclü olarsa, bir o qədər də Vaşiqntonla əlaqə yaratmaq imkanları geniş olacaq. Həmçinin bu dəyərləri bölüşən ölkələrlə əlaqələr genişlənəcək”-Bolton deyib.

İrəvan səfərində Qarabağ münaqişəsinə toxunan Bolton deyib ki, Qarabağ münaqişəsinin həlli mürəkəbdir və əgər tənzimləmə asan olsaydı, indiyədək həllini tapardı: “Mənim səfərim o demək deyil ki, ABŞ-ın mövqeyində dəyişiklik var və ya yeni təklif gətirmişəm. Necə ki, mənim xələfim Cim Beykerin bununla bağlı yaxşı bir fikri var: Sülhü münaqişə tərəflərindən daha çox istəyən başqa heç kim yoxdur”.

Onun sözlərinə görə, Ermənistan xarici təsirləri azaltmaq üçün Qarabağ münaqişəsini tənzimləməsi lazımdır.

Trampın köməkçisi həmçinin, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyandan Qarabağ münaqişəsinin həlli üzrə konkret addımlar gözlədiyini qeyd edib.

“Əgər seçkilər nəticəsində Paşinyan və onun siyasi partiyası güclü mandat əldə etsə, bu, münaqişənin nizamlanması məsələsində həlledici addımların atılması üçün yaxşı imkan olacaq”, – Bolton bildirib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR