SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Sülh Azərbaycan və Ermənistan üçün vacibdir” – Con Bolton

24-10-2018, 16:41 | Oxunub: 7 978 |

“Sülh Azərbaycan və Ermənistan üçün vacibdir” – Con Bolton

“Bu, mənim Azərbaycana ilk səfərimdir. Bildiyim qədər ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri kimi ilk olaraq Azərbaycana mən gəlmişəm. Səfərim çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirdim”.

Emtv.az xəbər verir ki, bunu Bakıda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton mətbuat konfransında deyib. O görüşlər zamanı geniş müzakirələr aparacağını bildirib.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycanla ABŞ arasında iqtisadi sahədə əməkdaşlıq, Cənub Qaz Dəhlizi məsələlərini müzakirə etdik. Biz Azərbaycanın beynəlxalq enerji bazarında oynadığı mühüm rolu da müzakirə etdik. Azərbaycanın bu sahədə öz faydalı rolunu davam etdirməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan alternativ enerji mənbələrini təmin etməkdə mühüm rol oynayır: Eyni zamanda, biz Azərbaycanla ABŞ hökuməti arasında əməkdaşlığı, qlobal terrorçuluğa, insan alverinə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə birgə tərəfdaşlığımız barədə fikir mübadiləsi apardıq”, – deyə Trampın müşaviri vurğulayıb.

Bolton, həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli strateji əhəmiyyətə malikdir: “Bura məsələ ilə daha ətraflı tanış olmaq üçün gəlmişəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi bu münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, çünki sülh həm Azərbaycan, həm də Ermənistan üçün vacibdir”.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR