18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanın hərbi gücü... - Rusiya ekspertindən Qarabağda MÜHARİBƏ ANONSU
“Operativ əlaqə təmas xəttində təsadüfi eskalasiyanın qarşısını almaq üçün mövcuddur. Amma əgər yüksək səviyyədə qərar veriləcəksə ki, müharibə olmalıdır, onda bu razılıqdan asılı olmayaraq, müharibə olacaq”.
Emtv.az xəbər verir ki, bunu Rusiyanın Siyasi və Hərbi Analiz İnstitutunun direktor müavini, hərbi ekspert Aleksandr Xramçik Düşənbə razılaşmasına əsasən Azərbaycan ilə etibarlı operativ əlaqənin yaradıldığı barədə Ermənistanın baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.
Ekspert vurğulayır ki, hansısa bir vaxtda müharibə qaçılmazdır. Onun sözlərinə görə, Azərbaycan hərbi texnikanın sayı və onun gücü baxımından Ermənistandan kifayət qədər üstündür.
Aleksandr Xramçik qeyd edib ki, Ermənistanda baş vermiş daxili siyasi hadisələrdən sonra, Dağlıq Qarabağ məsələsində dəyişikliklər olmayıb.
“Mən bilmirəm, danışıqlar nəyə gətirib çıxara bilər, amma tərəflərin mövqeyi əsla dəyişməyib”, - rusiyalı ekspert əlavə edib.
İsmayil İsmayilov
Emtv.az