17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Qarabağda müharibə başlasa, Putin Naxçıvanla sərhəddəki orduya hansı əmri verəcək?
Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general-mayor Andranik Makaryan iddia edib ki, birgə qoşun birləşmələri Qarabağda müharibə olacağı halda dərhal müdaxilə edəcək.
Erməni general birgə qoşun növünün Ermənistan prezidentinin əmri ilə hərəkətə keçəcəyini də iddia edib.
Erməni general qeyd edir ki, Rusiya prezidenti birgə qoşun növünün Qarabağa müdaxilə etməsinin əleyhinə əmr verə bilməz.
Qeyd edək ki, birgə qoşun növü 2016-cı ilin 30 noyabrında yaradılıb. Müqaviləyə əsasən bu qoşunlar Rusiya və Ermənistan prezidentlərinin birgə əmrilə hərəkət edir. Birgə qoşuna daxil olan 4-cü ordu korpusu Türkiyə və Naxçıvan sərhədində yerləşir. Rusiya tərəfi deyir ki, Vladimir Putinin əmri olmadan birgə qoşun hərəkətə keçə bilməz, həmçinin, Kremldə inandırırlar ki, bu qoşunlar Qarabağ müharibəsində müdaxilə edə bilməz. Lakin erməni generalın sözləri şübhələrə yol açır. Makaryanın sözlərinə Rusiya rəsmi cavab verməyib.
Rusiyalı hərbi ekspert Aleksandr Xramçik erməni generalın dediklərinin doğru olmadığını bildirib.
Xramçik əlavə edib ki, Makaryanın “birgə qoşun Ermənistan prezidentinin əmri ilə hərəkət edəcək” sözləri yanlışdır.
“Qərar Moskva və İrəvanda birlikdə qəbul ediləcək. Çünki birgə qoşuna 102-ci hərbi baza da daxildir. Bu bazanın komandiri Rusiya Ali Baş Komandanının əmrinə uyğun hərəkət edir. Bu baxımdan, onun Ermənistanın ali baş komandanının əmrinə uyğun hərəkət etməyəcəyi dəqiqdir. Bu qoşun növünün Qarabağda müharibəyə müdaxilə etməsi də çətindir. Əgər müharibə Ermənistan ərazisinə keçərsə, bu zaman nəyisə ehtimal etmək olar. Lakin döyüşlər Qarabağda getdiyi müddətdə bu qoşun növü heç bir müdaxilə etməyəcək və Rusiya qarışmayacaq”, - deyə o bildirib.
Hərbi ekspert qeyd edib ki, birgə qoşunların Qarabağda müharibəyə müdaxiləsi üçün Putinin əmr verəcəyi inandırıcı deyil.
Onun fikrincə, Ermənistan prezidenti də bu qoşun növünün müharibəyə qarışması haqda əmr verə bilməz.
“Çünki qərarlar birgə qəbul ediləcək”, - deyə Xramçik vurğulayıb.
Emtv.az