SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycan torpaqlarının qaytarılması necə olacaq? - Rusiyadan baxış

17-10-2018, 11:55 | Oxunub: 8 798 |

Azərbaycan torpaqlarının qaytarılması necə olacaq? - Rusiyadan baxış

Azərbaycan torpaqlarının qaytarılması (birinci mərhələdə söhbət Dağlıq Qarabağ ətrafındakı rayonlardan gedir - red.) bu məqsədlə müvafiq komissiya formalaşdıran beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə baş verməlidir. Ehtimal olunur ki, məhz həmin komissiyanın tərkibinə Minsk qrupunun Dağlıq Qarabağ üzrə nümayəndələri daxil olmalıdır.

Emtv.az xəbər verir ki, bu fikirləri açıqlamasında Q.V.Plexanov adına Rusiya İqtisadi Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perenciyev deyib.

Onun sözlərinə görə, istisna deyil ki, bu komissiyada BMT nümayəndələri, ən başlıcası, “BMT-Xabibat”ın üzvləri (Yaşayış məntəqələri üzrə BMT proqramı - red.) iştirak edə bilərlər.

“Rəsmi Bakı bu proqramın nümayəndələrinə onun balansına verilən ərazinin inkişafı ilə bağlı proqramı təqdim etməlidir”, - müsahibimiz bildirib.

Perenciyevin fikrincə, ərazilərin ATƏT-in Minsk qrupunun və “BMT-Xabibat”ın iştirakı ilə qaytarılması zamanı deyilən ərazidə daşınmaz əmlakın və torpaqların inventarlaşdırılması həyata keçirilir ki, bununla onların vəziyyəti qeydə alınır.

“Bundan başqa, ətraf mühitin ekoloji durumu və digər amillər nəzərə alınır. Ola bilsin ki, torpaqların təhvil verilməsi aktı gələcəkdə Azərbaycanın iqtisadi, ekoloji, infrastruktur və digər elementlərlə bağlı zərərə görə kompensasiya üçün beynəlxalq məhkəmə qarşısında iddia qaldırmasına yardım etsin”, - ekspert əlavə edib.

Müsahibimiz diqqətə çatdırıb ki, bu prosesdə ərazilərdə vəziyyətinin qiymətləndirilməsi və onların qaytarılması aktının legitimləşdirilməsi üçün erməni tərəfi də iştirak etməlidir.

“Ehtimal edirəm ki, bu prosesdə beynəlxalq hüquq sahəsində mütəxəssislərlə yanaşı, ekoloqlar, memarlar, humanitar problemlərlə bağlı insanlar və s. iştirak etməlidir”, - Perenciyev qeyd edib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR