SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Donald Tramp müşavirini Bakıya niyə göndərdi?

16-10-2018, 11:47 | Oxunub: 10 474 |

Donald Tramp müşavirini Bakıya niyə göndərdi?

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz respublikalarına qarşıdakı səfərinin əsl məqsədi nəhayət açıqlanıb.

Emtv.az xəbər verir ki, Bolton Azərbaycan, Ermənistan və Gürcüstan liderlərini dilə tutaraq onları İranla əməkdaşlıq etməməyə, bu ölkədən neft və qaz almamağa inandırmağa cəhd edəcək. Bu haqda “Daily Shtorm” online nəşrinə Rusiyanın ABŞ-dakı diplomatik missiyasındakı mənbə deyib.

Nəşr qeyd edir ki, Yerevana gəldikdə bu asan olmayan məsələdir. Çünki məhz İranın hesabına Ermənistan Rusiyadan energetika sahəsində tam asılılığı aradan qaldırmağa çalışacaq. Tehran Ermənistandakı azad iqtisadi zonada gündə 200 min barrel neft emal edən neftayırma zavodu qurmağa hazırlaşır. Bu haqda oktyabrın 15-də İran parlamentinin büdcə planlaşdırması komissiyasının üzvü Hadi Qavami bildirib. Beləliklə, İran Amerika sanksiyalarından yan keçməyə çalışır.

Boltonun isə ermənilərlə xüsusən İran məsələsində xoşagəlməz əməkdaşlıq təcrübəsi var. 2005-ci ildə Bolton ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olanda Yerevan bu təşkilatın İrana qarşı tətbiq etdiyi sanksiyalara qarşı çıxmışdı. O vaxt Bolton Ermənistanın BMT-dəki daimi nümayəndəsi Armen Martirosyanla görüşmüşdü. Və Martirosyan siyasi xəritənin köməyi ilə Yerevanın mövqeyini Boltona uzun-uzadı izah etməyə çalışmışdı. Səfir bildirmişdi ki, Ermənistan hər tərəfdən qeyri-dost ölkələrlə əhatələnib, təkcə İran və Rusiya ona müsbət yanaşır.

2018-ci ildə Bolton milli təhlükəsizlik müşaviri təyin olunanda Martirosyan bu haqda “Financial Times” qəzetində bəhs edib. Bir sıra Amerika KİV-ləri isə Boltonu “regionun reallıqlarını bilmədiyinə” görə tənqid ediblər.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR