SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

İrana daha bir ağır zərbə: Fransa İran neftindən imtina etdi

10-08-2018, 16:11 | Oxunub: 11 330 |

İrana daha bir ağır zərbə: Fransa İran neftindən imtina etdi

İran iyul ayında neft hasilatını 40 min barrel azaldaraq gündəlik 3,75 milyon barrelə çatdırıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Energetika Agentliyi (BEA) yayıb.

Agentlik hasilatın azalmasının əsas səbəbinin ABŞ sanksiyaları olduğunu bildirib: “Noyabrda İranın neft hasilatına qarşı bərpa ediləcək sanksiyalar ucbatından Avropa İran neftinin alışını azaldır, Cənubi Koreya isə bu neftdən tam imtina edib. Buna rəğmən İranın neft ixracı 2017-ci ilin apreli ilə müqayisədə bir qədər çox olub (2,16 milyon barrel – red.)”.

BEA İrandan Avropa və Türkiyəyə ixracın iyunla müqayisədə iyulda 140 min barrel azalaraq, 410 min barrelə düşdüyünü bildirib. Fransaya isə tədarük tam dayanıb: “ABŞ hökuməti Fransaya İrana qarşı sanksiyalar məsələsində heç bir güzəşt etməyəcəyini bildirdi. Əgər istisnalar olsaydı, Fransanın “Total” şirkəti İranda 4,8 milyard dollar dəyərində olan “Cənubi Pars 11” qaz layihəsində işləməyə davam edəcəkdi. İtaliya və İspaniyaya isə tədarük azalmaqda davam edir. Türkiyəyə gəlincə isə gündəlik ixracat 140 min barrel həcmində qalır”.

Məlumatda qeyd olunub ki, Avropadan fərqli olaraq İran Asiyaya ixracatı sutkalıq 50 min barrel artıraraq 1,65 milyon barrel həcminə çatdırıb. Artıma əsas səbəb Çinin neft alışını artırması olub. Üstəlik, Hindistanın aldığı İran neftinin həcmi rekord səviyyəyə çatıb: “Çin iyulda gündəlik 775 min barrel İran nefti alıb. Bu, iyundakı göstəricidən 120 min barrel çox olub. Hindistan isə İrandan gündəlik 770 min barrel neft idxal edib. Bu göstərici isə iyun ayındakı göstəricidən 90 barrel çox olub. Yaponiyaya tədarük isə 50 min barrel azalaraq, 110 min barrel olub”.

BEA ABŞ-ın İrana qarşı sanksiyaların ilk mərhələsinin İran neftinin alışını çətinləşdirəcəyini qeyd edib: “Bu sanksiyalar İranın maliyyə sektoruna yönəlib ki, bu da ölkə neftinin alışını çətinləşdirəcək. Əvvəlki sanksiyalar zamanı İran neftinin ixracı 1,2 milyon barrel azalmışdı, bu dəfə azalan həcmin daha çox olacağı gözlənilir”.

Sevinc Əlimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR