17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
YAPONİYA İRANA QARŞI SANKSİYALARI LƏĞV ETDİ
Yaponiya İrana qarşı sanksiyaların ləğv olunmasına dair qərar verib.
"EMTV.az" “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Yaponiya XİN rəhbəri Fumio Kisida keçirdiyi mətbuat konfransında bəyan edib.
Sanksiyalar götürüldükdən sonra Yaponiya və İran sərmayələr haqqında sazişi imzalaya biləcəklər. Müvafiq razılaşma Fumio Kisidanın 2015-ci ilin oktyabrında Tehrana səfəri zamanı əldə olunub. Sazişin imzalanması Yaponiya şirkətlərinin İran bazarına çıxışını, bu ölkənin neft-qaz sahəsinə sərmayə yatırılmasının sürətləndirilməsini təmin edəcək. Hər iki ölkənin bankları filiallar açaraq, valyuta mübadiləsinə dair müqavilələr bağlamaq imkanı əldə edəcəklər.
Bundan başqa, Yaponiya Yaxın Şərqdə ən zəngin yataqlardan biri hesab edilən Azadegan neft yatağının (26 mlrd barrel neft ehtiyatlarının olduğu ehtimal edilir – red.) işlənməsində mövqeyini bərpa etməyə çalışacaq. Yaponiya 2010-cu ildə İrana qarşı sanksiyalar tətbiq edildikdən sonra bu layihəni tərk edib.