SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Haaqa tribunalı İsrail haqqında istintaq başlatdı, ABŞ hökuməti “od püskürdü” – “Beynəlxalq Cəza Məhkəməsi ABŞ üçün ölüdür”

11-09-2018, 08:37 | Oxunub: 8 941 |

Haaqa tribunalı İsrail haqqında istintaq başlatdı, ABŞ hökuməti “od püskürdü” – “Beynəlxalq Cəza Məhkəməsi ABŞ üçün ölüdür”

“Beynəlxalq Cəza Məhkəməsi ABŞ üçün ölüdür.”

Emtv.az xəbər verir ki, belə bir sensasiyalı bəyanatla Ağ Evin Milli Təhlükəsizlik üzrə məsləhətçisi Con Bolton deyib. ABŞ rəsmisi Beynəlxalq Cəza Məhkəməsinin (Haaqa tribunalı) qərarlarına tabe olmayacaqlarını bildirib.

“ABŞ prezidenti adından bu mesajı vermək istəyirəm ki, nəyin bahasına olursa olsun, öz xalqımızı və müttəfiqlərimizi bu qeyri-qanuni məhkəmənin qərarlarına qarşı qoruyacağıq.

ABŞ Beynəlxalq Cəza Məhkəməsi ilə əməkdaşlıq etməyəcək.

Onlara dəstək olmayacağıq. Beynəlxalq Cəza Məhkəməsini ölümə buraxacayıq” – Bolton belə deyib.

Mərkəzi ofisi Hollandiyanın Haaqa şəhərində yerləşən Beynəlxalq Cəza Məhkəməsinin baş prokuroru Fatou Bensuda, Fələstin hökumətinin İsrailin qətliamları ilə bağlı BCM-a təslim etdiyi faylları məhkəmə sədrinə göndərdiyini açıqlayıb. Bensuda, Fələstindəki vəziyyətlə bağlı istintaq açılması üçün ön araşdırma başlanıldığını bildirib.

Məhz bundan sonra, ABŞ hökumətinin Beynəlxalq Cəza Məhkəməsinə qarşı mövqeyi dəyişib. Boltonun Beynəlxalq Cəza Məhkəməsi qərarını açıqlamasından saatlar öncə, ABŞ Dövlət Departamenti Vaşinqtonda Fələstin Azadlıq Təşkilatınin (FƏT) ofisini bağlamaq haqda qərarı qəbul etdiyini açıqlayıb.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR