18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Koçaryan baş nazir olmaq istəmir
Ermənistanın ikinci prezidenti, 2008-ci ilin mart hadisələrilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Robert Koçaryan dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. O, Ermənistanın baş nazir postunu da tutmaq niyyətində deyil.
Emtv.az xəbər verir ki, bu barədə Koçaryan “Bloomberg”ə müsahibəsində açıqlama verib. “Mən ölkənin baş naziri olmaq üçün indi münasib imkan görmürəm və bunu düzgün hesab etmirəm. Gələcəkdə isə vəziyyətin necə inkişaf edəcəyinə baxacam. Çünki hədəflərə çatmaq üçün baş nazir postuna gəlmək son nəticə olmamalıdır.”
Sabiq prezidentin sözlərinə görə, əgər yeni hökumət ölkəni “parlaq” şəkildə idarə etsə və iqtisadiyyat ikirəqəmli göstəricilərlə inkişaf etsə vəziyyət normal olacaq.
“Lakin əgər biz bütün bu cinahlar üzrə pisləşməyə şahidlik etsək, onda bu, tamam başqa vəziyyət olacaq. Və hətta bu cür olsa belə, baş nazir postunu uğurla tuturaq ölkəni irəli aparacaq gənc və perspektivli siyasətçilər ortaya çıxacaq. Bu gün mən öz rolumu sadəcə mövcud problemlərin dilə gətirilməsində görürəm.”
Sabiq prezident onu da vurğulayıb ki, Ermənistanda davam edən siyasi gərginlik və əvvəlki bəyanatların təkrarlanması Dağlıq Qarabağ münaqişəsinə də təsir edə bilər: “Məni ilk növbədə narahat edən, əlbəttə ki, təhlükəsizlik, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələ və müharibənin bərpası ehtimalıdır. Unutmayaq ki, münaqişə ətrafındakı hazırkı vəziyyət sadəcə dondurulub və sərhədlərimizdə hələ də sakitlik yoxdur.”
İsmayil İsmayilov
Emtv.az