18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Robert Köçəryan Paşinyana meydan oxudu – Ermənistanın sabiq prezidenti fəal müxalifətçiliyə başlayır
“Ermənistanda baş verən son olaylar məni siyasətə qayıtmağa vadar etdi”.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan Rusiyanın NTV telekanalına müsahibəsində deyib.
Paşinyanın “Köçəryanın siyasətə qayıtması üçün artıq şansı yoxdur” fikrinə mövqeyini açıqlayan sabiq prezident artıq siyasətə döndüyünü deyib.
“Mən 10 il ölkənin prezidenti olmuşam və bu müddət ərzində Ermənistan çox inkişaf edib. Bu Ermənistanda nə maraqlı, rekonstruksiya olunmuş və tikintilər varsa, onların hamısı həmin dövrdə tikilib. Həmin dövr hamının yadındadır. İnsanların keyfiyyətli həyat tərzi müsbətə doğru kəskin dəyişdi. Biz bunu insanlara xatırladacağıq. Biz ölkənin iqtisadiyyatının inkişaf etdirdik, normal biznes mühiti yaratdıq. Elə həmin inkişaf dövrünü yaşayan və o proseslərdə iştirak edən insanlar elektoratım olacaq”- Köçəryan vurğulayıb.
Təmsil etdiyi partiyanın koalisiya formasında müxalifətçilik edib-etməyəcəyinə gəldikdə isə Köçəryan bildirib ki, bu məsələni yerətincə açıq qoyub: “Başa düşürəm ki, mən bugünkü problemi görən insanlar üçün çox ciddi konsolidasiya mərkəzi ola bilərəm”.
Paşinyanı dövlətçilikdən və dövlət idarəetməsindən uzaq adam hesab edən Köçəryan deyib ki, bu cür gurultulu populizmlə dövləti idarə etmək ciddi fəsadlara gətirib çıxara bilər. Onun fikrincə, küçə və meydan təfəkkürü ilə dövləti meydanlarda idarə etmək yanlışlıqdır.
Aysu Əliyeva,
Emtv.az
Paylaş: