SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Köçəryanın zirzəmisində hələ çox “meyitlər” tapılacaq”- Şaqen Petrosyan

9-08-2018, 12:28 | Oxunub: 8 130 |

“Köçəryanın zirzəmisində hələ çox “meyitlər” tapılacaq”- Şaqen Petrosyan

“Mənim Serj Sərkisyan və Robert Köçəryanla 23 illik mübarizə stajım var. 1997-ci ildə Köçəryan baş nazir təyin olunanda mən Levon Ter-Petrosyana dedim ki, o sənin qəbirqazanına çevriləcək, necə ki, bu baş verdi…”

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu sözləri Ermənistan mülki aviasiyasının keçmiş rəisi Şaqen Petrosyan Ermənistanın 1-ci informasiya saytına müsahibəsində deyib.

Ş.Petrosyan Köçəryanın həmin vaxt prezident seçilməsinin konstitusiyaya zidd olduğunu bildirir. “Hansısa Alvina Zəkəryan adlı birisi Robert Köçəryanın guya 10 il ərzində Ermənistanda yaşadığı barədə arayış verdi. Halbuki Ermənistan vətəndaşlığı haqqında qanuna görə Qarabağ əhalisinə vətəndaşlıq deyil, ölkədə sərbəst gəzmək üçün pasport təqdim olunurdu”.

Ş.Petrosyan Köçəryanın Rusiya imperializminin adamı olduğunu və daima Moskvanın göstərişlərini icra etdiyini sözlərinə əlavə edib. Keçmiş məmur eks-prezidentin tərəfdarlarının mitinq keçirmək istəyi ilə bağlı suala cavab olaraq onların vaxtilə ermənilərə qarşı mitinqlərdə amansız divan tutanlar olduğuna işarə vurub. “Elə adamlar var ki, 2008-ci il 1 mart hadisələrində Köçəryanla birlikdə hərəkət ediblər. Qoy mitinqlərini keçirsinlər…”.

Şaqen Petrosyan Köçəryanın Ermənistana qarşı əsl cinayətkar kimi davrandığını qeyd edib.

“Köçəryanın zirzəmisində hələ çox “meyidləri” görəcəyik. Bunların içində konstitusiyanın pozulması, sənədlərin saxtalaşdırılması, Ermənistanın mülkiyyətinin mənimsənilərək ruslara peşkəş edilməsi, dağ-mədən sənayesinin məhv olunması, mülki aviasiyanın yox edilməsi də var. Təsəvvür edin, bu ölkənin milli aviadaşıyıcısı ümumiyyətlə yoxdur. Ermənistana investisiya qoymaq istəyən neçə investora kələk gəliblər, neçə insanı intihara məcbur ediblər. İrəvanın mərkəzində yaşayan sakinləri öz mənzillərindən qovub, əvəzində onlara verilən heç bir vədi yerinə yetirməyiblər…Buna görə Köçəryan cavab verməli deyilmi?” – Petrosyan bildirib.

Ə.Əhmədzadə,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR