18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İranı etiraz aksiyaları bürüdü: 50-dən çox şəhərdə kütləvi tətillər başladı
Oktyabrın 8-də İranın 50-dən çox şəhərində ölkənin ağır iqtisadi durumuna, ölkədə qeyri-sabit iqtisadi vəziyyətə və ticarət mərkəzlərində hökm sürüən iqtisadi durğunluğa etiraz olaraq mağaza və ticarət obyektlərinin sahibləri kütləvi tətilə başlayıblar.
Emtv.az xəbər verir ki, kütləvi tətillər, bir neçə gün əvvəl sosial şəbəkələrdə əhalini geniş tətillərə başlamağa təşviq edən çağırışların yayılmasından sonra reallaşıb.
Bildirilir ki, Tehran, İsfahan, Şiraz, Məşhəd, Təbriz, Urmiya, Marağa, Qəzvin, Zəncan, Kirmanşah, Sonqur, Qəsr Şirin, Qoşaçay, Bukan, Saqqız, Banə, Mərivan, Qorqan, Sərdəşt, Bəndər Abbas, Çabahar, Zahidan, Xaş, Borazcan, Kazerun və digər şəhərlərdə bazarlar fəaliyyətini dayandırarıb, yüz minlərlə mağaza və ticarət obyektlərinin sahibləri tətilə qoşulublar.
Məlumata əsasən, ölkənin 50-dən çox şəhərində mağaza və ticarət obyektlərinin fəaliyyəti dayandıraraq, ölkə üzrə geniş tətillərə başlaması və bunun yaxın günlərdə daha geniş vüsət alması ehtimalı, hakimiyyəti, o cümlədən Həsən Ruhani hökumətini şoka salıb.
Hökumət rəsmiləri ölkənin müxtəlif şəhərlərində başlanan kütləvi tətillərə hələlik hər hansı bir reaksiya verməyiblər.
İsmayil İsmayilov
Emtv.az