18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Tehranda da etiraz aksiyaları başladı – Foto
Dekabrın 29-da İranda sosial-iqtisadi problemlərlə əlaqədar başlayan etiraz aksiyaları davam edir.
Emtv.az “mideast.liveuamap.com” istinadən xəbər verir ki, bu gün etiraz edən şəhərlər sırasında paytaxt Tehran da qoşulub. Şəhərin İnqilab meydanında etiraz aksiyası başlayıb. Əraziyə təhlükəsizlik qüvvələri gəlib. Daha sonra aksiya Tehran Universitetini də əhatə edib. Etirazçı kütlənin Vəliəsr meydanında toplaşmağa hazırlaşdığı bildirilir.
İran Ali Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Nəqavi ölkədə iqtisadi problemlərin olduğunu etiraf edib: “Biz bunları həll etməliyik, lakin düşmənlərin bu problemlərdən istifadə etməsinə imkan verməyəcəyik”.
Daxili işlər naziri Rəhman Fəzli isə kiberməkanda etirazlara çağırışların səsləndiyini və bunun qanunsuz olduğunu bəyan edib. O, insanları aksiyalara qoşulmamağa çağırıb.
Dekabrın 29-da kütləvi aksiyanın keçirildiyi Kirmanşahda kütlənin bu gün də meydana toplaşmağa başladığı xəbər verilir. Şəhri-Kord şəhərində isə təhlükəsizlik qüvvələri etirazçıları dağıdıb.
Qeyd edək ki, dekabrın 28-də İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları keçirilib. Səbəb ölkədə qiymət artımı olsa da, siyasi şüarlar da səslənib. Prezident Həsən Ruhaninin daxili siyasətinə, eləcə də İranın Yaxın Şərq siyasətinə etiraz bildirilib. Məşhəddə kütlə “Nə Qəzza, nə Livan, mənim həyatım İran!” deyə qışqırıb. Bu şəhərdə 52 nəfər saxlanılıb.
Emtv.az