SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İranda genişmiqyaslı fəhlə etirazları: Azərbaycanlılar da küçələrə çıxdılar

28-02-2018, 10:50 | Oxunub: 8 694 |

İranda genişmiqyaslı fəhlə etirazları: Azərbaycanlılar da küçələrə çıxdılar

İranın bir sıra əyalətlərində, o cümlədən Mərkəzi Azərbaycan və Loristan bölgələrində işçilər əmək haqlarının gecikdirilməsinə etiraz olaraq tətilə, habelə küçə aksiyalarına başlayıb.

Emtv.az virtualaz.org-a istinadən bildirir ki, ən irimiqyaslı aksiya ötən gün Əhvaz əyalətində keçirilib. “Əhvaz Polad” şirkətinin təxminən 5 minə yaxın işçisi yerli valiliyin qarşısına toplaşaraq əmək haqlarının 3 aydır gecikdirilməsinə etiraz ediblər.

Əhvaz Valiliyinin rəsmisi Gulamrza Şəriəti bildirib ki, şirkətlərin Əhvazda və bir neçə başqa əyalətdə fəaliyyət göstərən metallurgiya şirkətlərində işçilərin əmək haqlarını gecikdirməsi məsələsini Daxili İşlər Nazirliyi araşdırır. Valilik bildirib ki, məsələnin həlli üçün nazirlik işçi təmsilçiləri ilə toplantı keçirməyə hazırlaşır.

Xəbərlərə görə iranlıların Novruz bayramına hazırlaşdıqları bir vaxtda əmək haqlarının aylardır gecikdirilməsi işçilər arasında kütləvi narazılıqlara səbəb olur. Yaranmış vəziyyətlə bağlı İranın Ali dini lideri Ayətullah Əli Xameneyi özünün internet səhifəsindən bəyanatla çıxış edərək ölkədə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı işçi hərəkatlarının miqyasının genişlənə biləcəyi haqda xəbərdarlıq edib. Dini lider ölkəsinin “daxildən və xaricdən fövqəladə təzyiqlərə məruz qaldığını” bildirərək bütün tərəfləri dialoq çağırıb.

Bundan əvvəl Xameneyi dini liderlər qarşısında çıxışı zamanı üstüörtülü şəkildə sahibkarların əmək haqlarının vaxtında ödənilməsi məsələsinə həssas yanaşmalı olduğunu bildirmişdi.

Xatırladaq ki, ötən il dekabrın sonlarında İranı güclü etiraz aksiyaları bürüyüb, təhlükəsizlik qüvvələri ilə toqquşmalarda onlarla nümayişçi öldürülüb. Minlərlə etirazçı həbs olunub. Bu aksiyalar yanvarın ortalarından səngisə də ara-sıra yenə də ölkənin müxtəlif bölgələrində etirazlar baş qaldırır. Narazılığın əsas səbəbi ölkədə sosial-iqtisadi vəziyyətin pisləşməsidir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR