SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Paşinyanın imkanları aşağı səviyyədədir” – Milli Məclisin vitse-spikeri

3-10-2018, 13:23 | Oxunub: 5 960 |

“Paşinyanın imkanları aşağı səviyyədədir” – Milli Məclisin vitse-spikeri

“Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasının tələb olunacağı öncədən də bəlli idi. Paşinyanın Baş nazir seçilməsi prosesini yada salsaq, söyləmək lazımdır ki, nə bugünkü parlamentin, nə hökumət orqanlarının, nə də Ermənistanda hakimiyyətdə olan siyasi qüvvələrin marağında idi”.

Emtv.az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

B.Muradova qeyd edib ki, N.Paşinyanın baş nazir seçilməsi problemləri aradan qaldırmayıb, əksinə, daha da dərinləşdirib: “Bu da özünü ölkə daxiilndə gedən proseslərdə qabarıq şəkildə göstərir. Siyasətdə səriştə, vərdiş, diplomatik gedişlərə malik olmaq siyasətçi üçün vacib məsələdir. Paşinyanın bu imkanları aşağı səviyyədədir. Odur ki, revanş almaq istəkləri olacaq. Ermənistanda narazı siyasi qüvvələr ölkədəki durumu gərginləşdirməklə əvvəlki imkanlarını geri qaytarmaq niyyətindədirlər, onlar bu mübarizədə imkanlarını Paşinyana qurban vermək niyyətində deyillər. Bu münasibətlər gərginləşməyə doğru gedəcək”.

Vitse-spiker əlavə edib ki, Azərbaycan Ermənistan tərəfdə Dağlıq Qarabağ probleminin həlli üçün adekvat təmsilçi görmək niyyətindədir: “Hansı siyasi qüvvənin hakimiyyətdə olması onların daxili işidir, amma kimin olmasından asılı olmayaraq Dağlıq Qarabağ məsələsində adekvat danışıq tərəfi kimi normal siyasətçi ilə üz-üzə olmaq istəyirik”.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR