SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

BANM Koreyanın HMC şirkətilə layihə həyata keçirir

3-10-2018, 12:43 | Oxunub: 9 089 |

BANM Koreyanın HMC şirkətilə layihə həyata keçirir

Bakı Ali Neft Məktəbində (BANM) Cənubi Koreya Respublikasının HMC şirkəti və Kyunqsunq Universiteti ilə görüş keçirilib.

Emtv.az xəbər verir ki, BANM-dan verilən məlumata görə, görüşdə rektor Elmar Qasımov, HMC Şirkətinin vitse prezidenti Park Gabju və onun rəhbərlik etdiyi nümayəndə heyəti, KyunqSunq Universitertinin Elektronika mühəndisliyi fakültəsinin professoru Park Jangsik, həmçinin Ali Məktəbin Mühəndislik kafedrasının dekanı Zəfər Qurbanov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müdiri Manafəddin Namazov və digər məsul əməkdaşları iştirak ediblər.

Ali Məktəbin kampusunda təşkil olunmuş görüşün əsas məqsədi Cənubi Koreya Respublikasının HMC şirkəti və Kyungsung Universiteti ilə CCTV (closed-circuit television) – qapalı kontur üçün uzaqdan video müşahidə texnologiyasından istifadə etməklə qazın ilkin təsbitetmə və daxilolmaya nəzarət sistemi üzrə elmi-tədqiqat lahiyəsini müzakirə etmək olub.

Görüşdə BANM-ın rektoru Elmar Qasımov HMC şirkətinin və KyunqSunq Universitertinin nümayəndələrini yenidən Ali Məktəbdə görməkdən şad olduğunu bildirib. Birgə başlanılacaq layihənin çox əhəmiyyətli olacağını vurğulayan rektor, BANM tərəfindən olacaq layihə qrupuna şəxsən rəhbərlik edəcəyini qeyd edib. Elmar Qasımov layihənin reallaşdırılması üçün Ali Məktəbin kampusunda HMC şirkətinin avadanlıqla təchiz edəcəyi mərkəzin BANM ilə Kyunqsunq Universitetinin birgə elmi tədqiqat layihələrinin əsasını təşkil edəcəyini bildirib.

HMC şirkətinin vitse prezidenti Park Gabju bu layihəni Azərbaycanda məhz BANM ilə həyata keçiriləcəyindən məmnunluğunu bildirib. Sənaye 4.0 sistemi və süni intellekt sahəsində ixtisaslaşmış HMC şirkəti artıq BANM-da yaradılacaq mərkəz üçün bir çox avadanlıqların gətirildiyini və növbəti hissəsinin də gətiriləcəyini bildirib. Mərkəz sözügedən layihənin işlənməsi üçün istifadə olunacaq.

Cənubi Koreya Respublikasının qrantı hesabına həyata keçiriləcək layihə BANM-ın Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası ilə birgə həyata keçiriləcək. Layihə BANM tarixində ilk belə tədqiqat layihəsidir. Xüsusi təyinatlı, son nəsil müşahidə kameraları ilə hətta çox kiçik qaz sızmalarını belə müəyyən etməyi nəzərdə tutan layihənin sayəsində, qaz itkisinə qənaet edilmiş və bununla da şirkətlərə böyük vəsaitlər qazandırılmış olacaq. Layihə uğurla həyata keçirilərsə, bu bütün dünyada iri neft-qaz şirkətlərinin marağına səbəb olacaq.

Layihə ilə bağlı Ali Məktəbdə xüsusi qrup yaradılıb, layihənin elmi rəhbəri PAM kafedrasının rəhbəri Manafəddin Namazov, texniki rəhbəri Mühəndislik kafedrasının dekanı Zəfər Qurbanov, baş icraçısı “Əşyaların interneti” laboratoriyasının rəhbəri Abbas Əlili təyin edilib. Həmçinin layihədə BANM-ın digər müəllimləri və tələbələri iştirak edəcək.

Xatırladaq ki, bir müddət öncə BANM-ın rektoru Elmar Qasımovla HMC şirkətinin prezidenti Park Hak – Joo arasında “Əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanmışdı.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR