SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

"BU FİKİRLƏR TAM ƏSASSIZDIR"-Rövnəq ABDULLAYEV

31-01-2016, 02:45 | Oxunub: 5 856 |

"BU FİKİRLƏR TAM ƏSASSIZDIR"-Rövnəq ABDULLAYEV
“Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 90% təşkil edir”.

Gənclər Günü ərəfəsində SOCAR prezidenti Rövnəq Abdullayev Bakı Ali Neft Məktəbi tələbələrinin böyük bir qrupu ilə görüş keçirib.


"EMTV.az" xəbər verir ki, görüşün əvvəlində ali məktəbin dosenti, tələbələrin sevimlisi Xanım Cəfərovaya SOCAR-ın Fəxri fərmanı təqdim olunub və bu, tələbələr tərəfindən alqışlarla qarşılanıb. R.Abdullayev tələbələrin müəllimlərini böyük coşqu ilə alqışlamasına sevindiyini bildirib, mühəndislər üçün riyaziyyat fənninin böyük əhəmiyyətindən söz açıb, özünün də vaxtilə ona dərs demiş riyaziyyat müəllimləri ilə əlaqəsini davam etdirdiyini söyləyib.

X.Cəfərova əməyinə verilən qiymətə görə SOCAR rəhbərliyinə dərin minnətdarlığını bildirib, BANM-də işləməyindən qürur hissi keçirdiyini vurğulayıb.

Səmimi ab-havada, qalstuksuz, “üz-üzə, göz-gözə görüş” formatında keçirilmiş tədbirdə SOCAR prezidenti tələbələri qarşıdan gələn Gənclər Günü münasibətilə təbrik edib, gənclərə onları maraqlandıran bütün suallarla müraciət etmək imkanı yaradıb, verilmiş sualların hamısını ətraflı cavablandırıb. Tələbələr SOCAR-ın və BANM-in fəaliyyəti, inkişaf perspektivləri, dünya neft sənayesində baş verən proseslərlə bağlı SOCAR prezidentinin mövqeyi ilə tanış olublar.

Görüşün gedişindən və yaradılan səmimiyyətdən ruhlanan gənclər hətta SOCAR əleyhinə sosial şəbəkələrdə aparılan qərəzli antireklam kampaniyasının əsas mövzularını təşkil edən məsələlərə də aydınlıq gətirilməsini xahiş ediblər. SOCAR prezidenti R.Abdullayev dekabrın 4-də dənizdə təbii fəlakət zamanı Neft Daşlarında və “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəzalar nəticəsində itkin düşən neftçilərin axtarışı istiqamətində aparılan tədbirlərə, həmin faciədə həlak olanların və itkin düşənlərin ailələrinə maddi və mənəvi yardımların göstərilməsinə, Gürcüstandakı dini məbədlərə SOCAR-ın hesabına qaz verilməsi ətrafında süni surətdə yaradılmış qalmaqala və sosial şəbəkələrdə aktual olan bir sıra başqa məsələlərə münasibətini bildirib.

Azərbaycanda qazlaşdırma səviyyəsinin guya aşağı olmasına dair fikirlərə toxunan R.Abdullayev deyib:

“Bu fikirlər kökündən yanlışdır və tam əsassızdır. Diqqət yetirin, Azərbaycanın həm şimal, həm də cənub qonşuları dünyanın güclü qaz dövlətləridir. Buna baxmayaraq, bizdə qazlaşdırmanın səviyyəsi bu ölkələrin hər ikisindən xeyli yüksəkdir. Dövlətimizin başçısı bizim qarşımızda məsələ qoyub ki, ən əvvəl ölkə daxilində əhalinin qaz təminatını yüksəldək. Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 90% təşkil edir. Avropaya qaz ixrac etməyə başlayanda biz bu səviyyəni daha da yüksəldəcəyik”.

Görüşdə BANM-in tələbələri SOCAR prezidentinə uğurlu karyerasının sirləri, həyatda uğur qazanma yolları haqqında da çoxsaylı suallar verib, onun fəaliyyətinin müxtəlif tərəfləri ilə maraqlanıblar. R.Abdullayev dövlətimizin gənclər siyasətindən, Azərbaycanda, o cümlədən SOCAR-da gənclərin karyera yüksəlişi üçün yaradılmış imkanlardan ətraflı bəhs edib, fikirlərini öz həyat və fəaliyyət yolundan gətirdiyi misallarla əsaslandırıb. SOCAR prezidenti tələbələrlə canlı dialoq şəklində qurulmuş görüşün əhəmiyyətini vurğulayıb, belə tədbirlərin bundan sonra da mütəmadi olaraq keçiriləcəyini söyləyib.

Görüşün sonunda tələbələr SOCAR prezidenti ilə selfi çəkdiriblər.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR