18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
İlham Əliyev Parisdə "Thales International” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Parisdə "Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.
Emtv.az-ın xəbərinə görə, Prezident İlham Əliyev "Thales International” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə ötən görüşləri xatırlatdı. Dövlətimizin başçısı "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə "Thales İnternational” şirkəti arasında bu gün imzalanacaq beş sənədin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev Azərbaycanın "Thales International” şirkəti ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirdi, şirkətin ölkəmizdə etibar qazandığını vurğuladı.
Rafael Eskinazi Azərbaycan ilə "Thales International” şirkəti arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini dedi, bu əlaqələrin genişləndirilməsi üçün səylərin davam etdiriləcəyini bildirdi. O, əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin nəzərdən keçirildiyini qeyd etdi.
Görüşdə Azərbaycan ilə "Thales lnternational” şirkəti arasında uzun illərdir uğurlu əməkdaşlıq edildiyi məmnunluqla vurğulandı, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirildi.
Emtv.az