18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda xərci və itkiləri – Tanınmış nəşr yazdı
Suriya Rusyanın yeni silahlarının praktik cəhətdən təcrübədən çıxarmaq üçün poliqona çevrilib. 2015-ci ildən etibarən Rusiya Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində yeni istehsal etdiyi silahları da sınaqdan keçirib.
Emtv.az xəbər verir ki, “Yeniakit” qəzeti bununla bağlı xüsusi bir məqalə dərc edib.
Məqalədə qeyd olunur ki, Rusiya 2015-ci ilin 30 sentyabrdan başlayıb: “Son 3 ildə Rusiya Əsəd rejiminə havadan dəstək verməsi hesabına hərbi müxalifətin ciddi itkisinə yol açmış oldu. Məhz bunun nəticəsində Əsəd rejimi Suriyanın bir çox ərazilərini yenidən öz nəzarətinə qaytara bildi. 2017-ci ilin dekabrın 11-də Rusiya prezidenti Vladimir Putin Suriyada əməliyyatların sona çatdığını və bu ölkədə hərbçilərinin sayını azaldacağını bəyan etsə də, Rusiya Silahlı Qüvvələri Tartus və Mimeymimdə öz hərbi bazalarını saxlamaqla Əsəd rejiminə dəstəyini davam etdirməkdədir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Laskiyə bölgəsindəki Himeymim Rusiya hərbi aviasiya bazasında 12 Su-24, 10 Su-25CM, 4 Su-30CM, 4 Su-34, 2 Su-25, 1 An-30, 1 İl-20 təyyarəsi olmaqla ümumilikdə 34 hərbi təyayrə, o cümlədən 12 Mi-24 və 34 Mi-6 vertolyotu aktiv olaraq Suriyadakı əməliyyatlarda iştirak edir. Bundan əlavə, Suriyadakı əməliyyatlarda 434 Rusiya generalı, 25 738 hərbçi olmaqla, ümumilikdə 63012 hərbçi iştirak edib. Bu hərbçilər öz döyüş təcrübəsini artıraraq Rusiya dönüb”.
Nəşr qeyd edir ki, Suriyada Rusiyanın yeni silahlarını sınaqdan çıxardığı praktik təcrübə meydanına çevrilib:
“Rusiya Suriyada keçirilən əməliyyatlarda 231 fərqli yeni və ya modernləşdirilmiş silahlardan istifadə edib”.
Putin hələ iyunun 8-də canlı yayımda çıxışı zamanı Rusiyanın Suriyada yeni silahlarını sınaqdan çıxardığını və ordunun isə yeni hərbi taktikalara yiyilənərək təcrübə qazandığını eitraf edib. “Döyüş meydanında silahl güclərimizi istifad etmək üçün əvəzsiz bir meydan oldu. Bu təcrübə əldə etmək üçün gözəl bir imkan idi”- Putin deyib.
Onu qeyd edək ki, hələ SSRİ dönəmidnə Tu-160 strateji bombardmançı təyyarəsi ilk döyüş sınağını Suriyada reallaşdırıb. Bu döyüş təyyarəsi ilə uzaqmənzilli havadan quruya strateji X-101 raketi Suriyada istifadə olunub.
Bundan əlavə, Rusiyanın məhşur modernləşdrilimiş, yeni optik və elektronika ilə təchiz edilmiş T-90 tankı Suriyadakı əməliyyatlarda iştirak edib. Rusiya həmçinin 6 ədəd ən müasir texnologilaylara əsalsnaraq hazırlanan beşinci nəsil Su-57 ilə modrniləşdirilmiş Su-35 qırıcı təyyarələrini, Mi-28H döyüş vertolyotunu, qısa və orta mənzilli raketlər, uçan obyektləri vuran Pantsir-S də Suriyada sınaqdan çıxarıb.
Rusiya Hava Qüvvələrinə məxsus təyayrərlər əməliyyatlar boyunca ümumilikdə 39 mindən artıq uçuş həyata keçirib. Rusiyaya məxsus hərbi gəmilər 189 səfər edib. Rusiyaya məxsus təyyarə daşıyan “Admiral Kuznetsov” gəmisindən 420 uçuş həyata keçirilib. Gəmidən 25 min dəfədən artıq isə pilotsuz uçan aparatlar havaya qalxıb.
“Yeniakit” yazır ki, Rusiya Silahlı Qüvvələri bu əməliyyatların başlanğıcında Xəzər dənizi akvatoriyasından uzaqmənzilli raketlərlə Suriyadakı hədəfləri vurub: “Bununla da Rusiya ilk dəfə uzaqmənzilli raketlərdən istifadə etməklə hədəfləri vurmağı sınaqdan çıxardı. Bundan əlavə olaraq, müxtəlif dənizlərdən 100 gəmidən, 66 ədədi isə havadan Tu-160 və Tu-95 strateji bombardman təyyarəsi vasitəsi ilə ümumilikdə 166 raketlə Suriyadakı hədəflər vuruldu. Tu-23M3 uzaqmənzilli uçuş edən təyyarələr Rusiya ərazisindən Suriyaya uçaraq 215 hədəfi vurub. Yaranmış durumdan istifadə edən Rusiya Suriyada S-300 və S-400 zenit-raket sistemini yerləşdirib. Kremllə bağlantısı olan 3 min nəfərdən artıq Rusiya vətəndaşından ibarət Vaqner silahlı dəstənin Suriyada vuruşduğu bildirilir. Suriyadakı əməliyyatlarda isə rəsmi olaraq 112 Rusiya hərbçisi öldüyü bildirilir. Bundan əlavə, 8 döyüş təyyarəsi, 7 vertolyotunu itirib. Bu müddət ərzində Rusiya Suriyadakı əməliyyatlarda 4 milyard 374 milyon dollarlıq vəsait xərcləyib”.
İsmayil İsmayilov
Emtv.az