SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Suriyada 122 rus əsgəri öldürüldü, 8 təyyarə, 7 vertolyot … – Rusiyadan sensasiyalı açıqlama

1-10-2018, 13:38 | Oxunub: 7 034 |

Suriyada 122 rus əsgəri öldürüldü, 8 təyyarə, 7 vertolyot … – Rusiyadan sensasiyalı açıqlama

Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Bondarev, Rusiyanın Suriyada əməliyyatlara başlamasından bu yana 112 rus əsgərinin öldürldüyünü açıqlayıb.

Emtv.az xəbər verir ki, Bondarev bunu Rusiya Silahlı Qüvvələrinin Suriyada əməliyyatlara başlamasının üçüncü ildönümü münasibətilə keçirilən mətbuat konfransında deyib.

Sovetlər Birliyi dövründə Əfqanıstanda ilk üç il ərzində təxminən 4800 əsgər, ən az 60 tank və 400 zirehli vasitə, 15 təyyarə, 97 vertolyot itirdiklərini xatırladan Bondarev, Rusiyanın Suriyada 3 il ərzində 112 əsgər itirdiyini qeyd edib.

“Hazırda silahlı qüvvələrimiz Suriyada 112 əsgər itirib. Bu əsgərlərin təxminən yarısı An-26 təyyarə qəzası və İl-20 təyyarənin vurulması zamanı ölüb. Bundan başqa, 8 təyyarə, 7 vertolyot və bir neçə zirehli maşın itirmişik”.

Bondarev, 2003-2006-ci illərdə İraqda həyata keçirdiyi əməliyyatlarda ABŞ rəhbərliyindəki koalisiyanın 2515 hərbçi, 10-20-ə yaxın tank, ən azı 50 zirehli maşın, 15 təyyarə və təxminən 80 helikopter itirdiyini də xatırladıb.

Rusiyanın AN-26 tipli hərbi təyyarəsi bu ilin 6 martında Hmeymim hərbi hava bazasında texniki səbəblərlə qəzaya uğramış, içində olan 39 rus əsgəri həyatını itirmişdi.

Sentyabrın 17-də kəşfiyyat uçuşu keçirən və 15 əsgər daşıyan Rus İl-20 təyyarəsi isə Aralıq dənizi üzərində Suriya hava müdafiə raket sistemi ilə vurulmuşdu.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR