SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Rusiyanın hərbi təlimləri NATO-nu qorxutmağa yönəlib? – Qərb mediası yazdı

12-09-2018, 11:47 | Oxunub: 6 472 |

Rusiyanın hərbi təlimləri NATO-nu qorxutmağa yönəlib? – Qərb mediası yazdı

Rusiyanın potronajlığı alıtnda Sibir və Uzaq Şərqdə Çin və Monqolustan hərbçilərinin qatıldığı “Vostok 2018” genişmiqyaslı hərbi təlimləri dünya ciddi rezonans doğruub.

Artıq Qərb mediası “Vostok2018” hərbi təlimlərinin keçirilməsindən öz narahatlığını etməkdədir.

Qərb ekspertləri və politolqoları hesab edir ki, Rusiyanın 300 min hərbçinin ilştirakı ilə keçirdiyi təlimlər NATO-nu qorxutmağa yönəlib. Çünki bu təlimlər 1981-ci ildə SSRİ dövründə keçirlən hərbi təlimlərdən sonra həm canlı qüvvə, həm də hərbi texnikanın cəlb olunması baxımından ən genişmiqyaslı təlimlər hesab edilir. Moskva isə bu təlimnlərin tamamilə başqa səbəbdən keçirlmə zərurətini bəyan edir. Belə ki, Moskva “Vostok 2018” hərbi təlimlərini son üç ildə Yaxın Şərqdə, xüsusən də Suriyada həyata keçirilən hərbi əməliyyatlar zamanı əldə edilən təcrübənin sınaqdan keçirilməsinə xidmət edir.

Emtv.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş qərargah rəisi Valeriy Gerasimov açıqlamsında “Vostok2018” hərbi təlimlərinin iki mərhələdə keçəcəyini bildirib.

“Təlimlər əsasən 5 ümumqoşun növlərinə məxsus hərbi təlim mərkəzlərində, 4 Hərbi-Hava Qüvvələri və Hava Hücumundan MüdafiəQüvvələrinin təlim mərkəzlərində, həmçinin Oxot, Berinq dənizləri akvatoriyasında, Avaçinski və Kronoçki körfəzlərində keçuiriləcək”, Gerasimov deyib.

Onun sözlərinə görə, təlimlərdə 297 min hərbçi, mindən artıq hərbi təyyarər, vertolyot və pilotsuz uçan aapratlar, 36 minə yaxın tank, BMP, BTR və digrə maşınlar, 80-dək hərbi gəmilər iştirak edəcək. Təlimlər zamanı “İsgəndər” raket sistemindən , T-90. T-80 və digər müasir texnikalar sınaqdan çıxarılacaq. Təlimlərdə genişmiqyaslı aviazərbələrin endirilməsi, desantların və gəmi eskadrilyasının qrup şəklində hücumu nəzərdən keçiriləcək. Rusiya müdafiə naziri Sergey Şoyqu təlimlərin sentyabrın 15-dk davam edəcəyini və bu təlimləri 12 sentyabr 1981-ci ilə hərbi təlimləri ilə eyni səviyyədə olduğunu bəyan edib. Rusiya Hərbi Elmlər Akademiyasının müxbir üzvü Alkesandr Bartoş isə bildirib ki, “Vostok 2018” təlimləri Rusiya hərbçilərinin Suriya müharibəsində əldə etdiyi təcrübəni maksimum yaymaqdır.

“Rusiya hərbçiləri Suriya qoşunları tərkibində instruktor kimi fəaliyyət göstəriblər. Onlar oradakı hərbi əməliyyatlarda praktik cəhətdən böyük təcrübə toplayıblar. Bu təlimlərdə də həmin təcrübələr birbaşa hərbi əməliyyatlarda iştirak etməyən hərbçilərə öyrədilməlidir”- Bartoş bildirib.

Rusiya SQ Baş qərargah rəisi Valeriy Gerasimov da VPK hərbi jurnalındakı məqaləsində qeyd edib ki, Suriyada əldəe dilən təcrübə, oradakı həbri əməliyyatların xarakteri çox ciddi surətdə öyrənilir və analiz edilir.

Rusiyalı hərbi ekspert Pavel Felqenqauer isə bildirib ki, Suriyada təkcə Rus instruktorlar yox, eyni zamanda bütün Hərbi Dairə komandaları öz qərargahları ilə birlikdə olub: “Vostok2018” təlimlərində də bu təcrübə bir daha sınaqdan çıxarılacaq.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR