18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Finlandiya səfiri: Naxçıvanda alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir və bu, böyük nailiyyətdir
Finlandiyanın Azərbaycanla və onun Naxçıvan Muxtar Respublikası ilə münasibətlərində təhsil mühüm yer tuta, bu sahə daha da inkişaf etdirilə bilər.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu sözləri müsahibəsində Finlandiyanın ölkəmizdəki səfiri xanım Arya Makkonen deyib.
“Təhsil hər bir ölkənin gələcək inkişafında əvəzolunmaz rol oynayır”, – deyən Finlandiya səfiri qeyd edib ki, yaxşı təhsilin nəticəsi olaraq yetişən yüksəkixtisaslı kadrların hesabına Finlandiya alternativ enerji mənbələrindən istifadəyə görə dünyanın ən qabaqcıl ölkələrindəndir. Bu gün Naxçıvanda da alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir və bu, ciddi göstərici, böyük nailiyyətdir.
Arya Makkonen deyib: “Yerli insanların “Avropa günləri”nə böyük marağı diqqətimi cəlb etdi. Digər tərəfdən Naxçıvan şəhərində nəzərimi cəlb edən təmizlik, səliqə-sahman oldu. Əlaqələrimizin inkişafına gəlincə, həm alternativ enerji mənbələrindən istifadə məsələsində, həm də təhsil sahəsində ölkənizlə əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik”.
Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş Avropa İttifaqı ölkələrinin diplomatik missiyalarının rəhbərləri və nümayəndələri sentyabrın 21-dən 23-dək Naxçıvanda keçirilən “Avropa günləri” çərçivəsində bu qədim diyarda səfərdə olublar.
İsmayil İsmayilov
Emtv.az