17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Mixael Kindsqrab: Naxçıvan şəhərindəki səliqə-sahman, insanların qonaqpərvərliyi məndə xoş təəssürat yaratdı
Naxçıvan Muxtar Respublikasına səfərimdən çox məmnunam. Səfərim uğurla başa çatdı. Burada mənə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Naxçıvan şəhərinin təmizliyi, buradakı səliqə-sahman, insanların qonaqpərvərliyi məndə xoş təəssürat yaratdı.
Bu fikirləri azərtac-a müsahibəsində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab bildirib.
O, səfərinin məqsədi barədə danışaraq deyib: “Çox şadam ki, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyətə başladığım qısa müddət ərzində Naxçıvana gəlməyə müvəffəq olmuşam. Muxtar respublikaya səfərimin məqsədi Almaniya ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında iqtisadi, təhsil və mədəniyyət əlaqələrini daha da genişləndirmək idi. Naxçıvanda keçirdiyim yüksək səviyyəli görüşlərdə bu məsələlər ətrafında müzakirələr apardıq”.
Mixael Kindsqrab Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Almaniya Federativ Respublikası arasında iqtisadi əlaqələrin gələcək inkişaf perspektivləri barədə danışaraq ümidvar olduğunu bildirib ki, bundan sonra iqtisadi əlaqələrimiz daha da genişlənəcək. “Bu məqsədlə Bakıdakı Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi arasında görüşlər keçiriləcək və iqtisadi əlaqələrin genişləndirilməsinin perspektivləri müzakirə ediləcək”, – deyə Almaniya səfiri vurğulayıb.
Emtv.az