18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İlham Əliyev AİB-nin vitse-prezidenti ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Emtv.az xəbər verir ki, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudak Bakıda əməkdaşlığımızın gələcək imkanlarının müəyyənləşdirilməsi ilə bağlı keçiriləcək görüşlərin əhəmiyyətini qeyd etdi.
Daha sonra qonaq Azərbaycanın həyata keçirdiyi TAP və TANAPlayihələrinin önəmini vurğuladı.
Dövlətimizin başçısı TAP və TANAP layihələrinə verdiyi maliyyə dəstəyinə görə Avropaİnvestisiya Bankına təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev artıq TANAP layihəsinin rəsmi açılış mərasiminin keçirildiyini, TAP layihəsi üzərində isə işlərin davam etdirildiyini vurğulayaraq bunları əməkdaşlığımızın çox yaxşı göstəricisi kimi dəyərləndirdi.
Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan iqtisadiyyatının inkişafının hazırkı səviyyəsi və mövcud olan əlverişli biznes mühiti ölkəmizi sərmayə qoyuluşu üçün cəlbedici edib.
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı geniş planların olduğunu deyən Prezident İlham Əliyev ölkəmizin Avropa İnvestisiya Bankı ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu dedi.
Söhbət zamanı infrastruktur, alternativ enerji, kənd təsərrüfatı, ekologiya, özəl sektor, sənaye zonalarının fəaliyyəti ilə bağlı əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıldı.
İsmayil İsmayilov
Emtv.az