18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Prezident İlham Əliyev Monteneqro Ali Məhkəməsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Monteneqro Ali Məhkəməsinin sədri xanım Vesna Medenitsanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Monteneqro Prezidenti Filip Vuyanoviçlə bu yaxınlarda Nyu-Yorkda görüşdüklərini məmnunluqla xatırladı, eyni zamanda, özünün Monteneqroya səfərinin uğurlu keçdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Monteneqro arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdi, iqtisadi əlaqələrimizin, o cümlədən investisiya qoyuluşu sahəsində əməkdaşlığımızın uğurla inkişaf etdiyini dedi. Dövlətimizin başçısı digər sahələrdə də əlaqələrimizin genişləndirilməsinin vacibliyini bildirdi, Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsanın səfərinin Azərbaycan və Monteneqronun hüquq mühafizə orqanları arasında əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd etdi.
Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsa bildirdi ki, ölkəmizdə gördükləri böyük inkişaf prosesləri nümayəndə heyəti üzvlərində dərin təəssürat yaradıb. Azərbaycanın iqtisadi sahədə qazandığı uğurların ölkəsində böyük maraqla izlənildiyini deyən qonaq vurğuladı ki, bütün bu uğurlara zəngin təcrübəyə malik olan Prezident İlham Əliyevin rəhbərliyi sayəsində nail olunub. İki ölkənin ali məhkəmə orqanları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edən Vesna Medenitsa ölkəmizə bu səfəri zamanı əməkdaşlığımızın perspektivləri ilə bağlı faydalı müzakirələrin aparıldığını dedi.
Emtv.az