18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Türkiyədə Bakının azad olunmasının 100 illiyi qeyd edilir
Türkiyə XİN-i Bakının bolşevik-daşnak işğalından Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi münasibətilə bəyanatla çıxış edib.
Emtv.az xəbər verir ki, bəyanatda deyilir: «Hörmət və ehtiramla Bakı uğrunda döyüşlərdə həlak olan Qafqaz İslam Ordusunun 1132 əsgərin, eyni zamanda, öz vətənləri üçün həyatlarını qurban verən azərbaycanlı qardaşlarımızın xatirəsini hörmətlə yada salırıq. Bu ildönümü Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrinin “Bir millət- iki dövlət” prinsipi üzərində qurulan ən mühüm mərhələlərindən biridir. Bəyanatda həmçinin qeyd edilir ki, Bakının azad edilməsi ölkə paytaxtını Gəncədən Bakıya köçürülməsinə imkan verdi, dövlətin ərazi bütövlüyünün təmin olunmasına şərait yaratdı, həmçinin Azərbaycanın indiki sərhədlərinin yaranması üçün əsas oldu. “Qafqaz İslam Ordusunun qazandığı bu böyük qələbənin ildönümü Türkiyə və Azərbaycan qardaşlığı və həmrəyliyini simvolizə edir”, – bəyanatda bildirilib.
İsmayil İsmayilov
Emtv.az