18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Türk şəhidinin məzarı ziyarət edildi – Fotolar
Görkəmli türk sərkərdəsi Nuru Paşanın komandanlığı ilə Bakının erməni-bolşevik işğalından azad edildiyi şərəfli tarixi günlərdən 100 il ötür.
Qafqaz İslam ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin yeni yaranmaqda olan milli ordusu ilə birlikdə Qarabağda, eləcə də digər bölgələrdə apardığı xilaskarlıq missiyasında itkilər də olub.
Azərbaycan xalqı vətənimizə gələn şanlı türk əsgərlərinin qardaşlıq köməyini, döyüşlərdə qəhrəmancasına həlak olan əsgər və zabitlərin xatirəsini heç vaxt unutmur, daim əziz tuturlar.
Bu gün Şamaxı-Bakı magistral yolunun kənarında, Qobustan rayonunun Acıdərə adlanan ərazisində uyuyan şəhid türk əsgərinin məzarı o illərin şanlı qəhrəmanlıq tarixidir və hər il buraya minlərlə ziyarətçi gəlir.
Emtv.az xəbər verir ki, Azərbaycanın və Türkiyənin rəsmi şəxslərin, o cümlədən Türkiyənin ölkəmizdəki səfirliyinin nümayəndələri, türk qaziləri, ziyalılar, eləcə də Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər sentyabrın 14-də Acıdərədə şəhid türk əsgərinin məzarını, şəhidin xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MUSİAD) Azərbaycan şöbəsinin rəhbəri Abdurrəhman Uzun abidənin və məzarın üzərində təmir işləri apardıqlarını və bundan qürur duyduğunu söyləyib.
Mərasimdə çıxış edən Arzu Ənvər Azərbaycan-Türkiyə qardaşlığından danışıb. O, vurğulayıb ki, bu gün burada olmaqdan şərəf duyur, çox kövrək hisslər keçirir. Ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin davam edəcəyini söyləyən qonaq Türkiyənin həmişə Azərbaycanın yanında olacağını bildirib.
Seymur Rəhimov
Emtv.az