SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyev və Ərdoğan bugünkü paradda olacaq, qırıcılar riskli manevrlər edəcək

15-09-2018, 08:15 | Oxunub: 10 175 |

İlham Əliyev və Ərdoğan bugünkü paradda olacaq, qırıcılar riskli manevrlər edəcək

Bu gün – sentyabrın 15-i Bakının işğaldan azad edilməsinin 100 ili tamam olur. 1918-ci il sentyabrın 15-də Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri işğalçılardan azad edib. Bu, XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Məhz bu əlamətdar tarixi hadisə ilə əlaqədar olaraq bu gün Bakının Azadlıq Meydanında hərbi parad keçiriləcək.

Emtv.az xəbər verir ki, paradın aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani hərbi nümayişin proqramı haqqında məlumat verib.

O bildirib ki, paradda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir.

“Paradda 100 il bundan öncə Bakı şəhərinin yaşadığı təntənə, zəfər günü canlandırılacaq. Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində həm Azərbaycanın, həm də Türkiyənin hərbi qulluqçuları meydana daxil olacaqlar. Həmçinin Türkiyənin məşhur Mehteran Birliyi əski Azərbaycan və türk döyüş marşlarını ifa edəcək. Bundan əlavə, paradda Bakı Qarnizonunun birlik, birləşmə, hərbi hissə, dövlət xidmətləri, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin təmsilçiləri tribuna önündən keçəcəklər”.

Abdulla Qurbani deyib ki, paradda Bakı Qarnizonunun hərbi hissə və birliklərinin bir çox xüsusi təyinatlı döyüş texnikaları, zenit raket qurğuları, artilleriya sistemləri və digər hərbi texnikalar da təqdim olunacaq.

“Ümumiyyətlə , paradı Xalq artisti, professor, general-mayor Yusif Axundzadənin rəhbərlik etdiyi birləşmiş hərbi orkestr müşayiət edəcək. Paradda Azərbaycan Hərbi Hava Qüvvələrinin helikopterləri, döyüş təyyarələri də tribuna önündən keçəcək. Helikopterlərimiz Azərbaycan və Türkiyə respublikalarının Dövlət Bayraqlarını yanaşı Azadlıq Meydanı üzərindən aparacaqlar. Bununla yanaşı, Türkiyənin məşhur hərbi hava qüvvələrinin “Türk Ulduzları” da artıq Azərbaycandadır. Onlar da bu gün Bakı səmasında Azadlıq Meydanı üzərindən riskli manevrlər edəcələr”.

O qeyd edib ki, bugünkü parad bir daha şanlı döyüş tariximizə hörmət və ehtiramın təcəssümünə çevrilməklə yanaşı, həm də günü-gündən möhkəmlənən Azərbaycan – Türkiyə qardaşlığının, dostluğunun təntənəsinin nümayişinə çevriləcək .

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR