SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Paşinyanın Moskva görüşünün uğursuzluqlarını ört-basdır etmək cəhdi – Mürtəza Bünyadlının yazısı

12-09-2018, 08:22 | Oxunub: 11 520 |

Paşinyanın Moskva görüşünün uğursuzluqlarını ört-basdır etmək cəhdi – Mürtəza Bünyadlının yazısı

Ermənistan baş naziri Nikol Paşinyanın Putinlə görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi mövqe bir daha sübut etdi ki, Ermənistanda bütün siyasi qüvvələr Qarabağ münaqişəsi faktorunu manipulyasiya edir.

Emtv.az xəbər verir ki, hakimiyyətə gəlmək istəyən və hakimiyyətdə olan siyasi qüvvənin mövqeyini qoruyub-saxlamaq üçün bu manipulyasiya cəhdləri hələ də aktual olaraq qalmaqdadır.

Belə demək mümkünsə istər demokratik, istərsə də qeyri-demokratik, qanunsuz yolla hakimiyyətə gələn qüvvə olsun, Qarabağ kartı erməni siyasətçisinin, siyasi qüvvənin və hakimiyyətin öz mövqeyini qoruyub saxlamaq üçün bir zəmanət talonuna çevrilib.

Bu cür yanaşma onu göstərir ki, Ermənistanın Qarabağ məsələsində nə zamansa konstruktiv mövqe sərgiləməsinə imkan verməyəcək. Paşinyanın son Qarabağ açıqlaması bunun bariz nümunəsidir.

Paşinyan Qarabağ münaqişəsinin həllində bəyan etdiyi “taym-aut” taktikası birbaşa danışıqlar prosesinin pozulmasına yönəlib. Əgər Paşinyan “taym-aut” taktikasında danışıqlar prosesinin dayandırıldığı yerdən davam etdiriləcəyini bəyan etsəydi, bunu yenə də hansısa formada anlamaq olardı. O, inqilab nəticəsində “Qarabağ klanı”nı hakimiyyətdən yıxaraq, onun yerinə keçib. İnqilabı proseslər hələ də tam başa çatmadığından, Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinin müəyyən müddətə təxirə salınır. Lakin Paşinyan “taym-aut” taktikası adı altında münaqişənin həlli ilə bağlı irəli sürdüyü təkliflər danışıqlar prosesinin yenidən sıfır variantına qaytarılması deməkdir. Çünki Paşinyanın münaqişənin həllində Qarabağın danışıqlarda tərəf kimi tanınması, Bakının Xankəndi ilə danışıqlar aparması, Qarabağın Ermənistana birləşdirilməsi, Qarabağətrafı rayonlarla bağlı səsləndirdiyi fikirlər birbaşa danışıqların birmənalı şəkildə pozulmasına xidmət edir.

Bununla da Paşinyan Qarabağ münaqişəsinin həllində seçdiyi “taym-aut” taktikası əslində İrəvanın işğalçılıq siaysətinin möhkəmlənməsinə və mövcud status-kvonun qorunub saxlanmasına xidmət edir.

Düzdür, Paşinyanın Qarabağla bağlı sərgilədiyi mövqeni daxili siyasətə və Ermənistandakı mövcud böhranlı ictimai-siyasi vəziyyətə hesablanan taktika da hesab etmək olar.

Birincisi, Ermənistanda son 20 ildə Qarabağ kartından istifadə edib hakimiyyətdə olan “Qarabağ klanı”nı inqilab yolu ilə yıxan Paşinyan bununla həmin klanın elektoratını zərərsizləşdirmək istəyir. Ona görə də Qarabağla daha sərt bəyanatlar verməklə onların rəğbətini qazanmaq istəyir.

İkincisi, Paşinyan bununla Moskva görüşünün uğursuzluğunu və nəticəsizliyini ört-basdır etmək istəyir.

Üçüncüsü, yeni Ermənistan hakimiyyətinin digər sahələrdə olduğu kimi, Qarabağ məsələsi ilə bağlı konkret mövqeyinin olamamasını göstərir.

Dördüncüsü, bununla özünün xalqın layiqli təmsilçisi kimi göstərməyə çalışır.

Burada digər bir məqamı da xatırlatmaq yerinə düşər ki. Paşinyan Qarabağ problemindən istifadə edərək digər sələfləri kimi erməni cəmiyyətini basqı altında saxlamağa çalışır. Məhz ona görə də hakimiyyətə gəldiyi gündən Azərbaycanla sərhəddə hərbi-siyasi gərginliyin olduğunu gündəmdə saxlayır. Bununla həm erməni cəmiyyətinin fikrini daxili proseslərdən yayındırmağa, həm də onları ölkədəki yaranmış durumdan istifadə edib Azərbaycanın genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını deməklə onlara hədə-qorxu gəlir.

Bunun üçün də Paşinyan komandası mütəmadi olaraq Azərbaycan sərhəd bölgəsində böyük canlı qüvvə və hərbi texnika cəmləməsi barədə erməni cəmiyyətinə mesajlar verir. Bununla da əks-inqilabı proses baş verməməsinin qarşısını almağa çalışır. O baxımdan Paşinyanın bu “taym-aut” taktikasından manipulyasiya xarakterli hesab etmək olar.

Bütün bu sadalanan arqumentlərə baxmayaraq Paşinyanın Qarabağ məsələsindəki mövqeyi danışıqların pozulmasına yönəlmiş addımdır. Çünki bu səslənən fikirlərin heç biri nə köhnə Madrid, nə Kazan, nə də yenilənmiş Madrid prinsiplərinə uyğundur. Bu, əslində, uzun müddət münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinin üstündən xətt çəkmək deməkdir.

İrəvanın bu mövqeyi bir daha sübut edir ki, Qarabağ münaqişəsinin həlli hərbdən keçir. Bunu beynəlxalq ekspertlər də qeyd edir. Odur ki, Azərbaycan torpaqların işğaldan azad edilməsi üçün müharibə tələblərinə uyğun düzgün siyasət yürütməlidir. Artıq bölgədə və dünyada gedən geosiyasi proseslər daha çox Azərbaycanın xeyrinə işləməkdədir. Azərbaycan bu fürsətdən yararlanıb torpaqları işğaldan azad etmək üçün hərbi əməliyyatlara hazırlaşmalıdır.

Bununla yanaşı, Azərbaycan “üzücü müharibə” taktikasına əsaslanaraq gündəlik erməni ailəsinə qara qurular yollamaq istiqamətindəki fəaliyyətini davam etdirməlidir. Çünki ermənilərlə başqa dillə danışmaq mümkün deyil.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR