18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
İki od arasında qalan Paşinyan : Qarabağla bağlı diletant bəyanatlar və Qərblə – Rusiya arasında vurnuxan Nikol (Bizim şərh)
Ermənistanın yeni baş naziri Nikol Paşinyan ölkədəki problemləri həll edə bilmir. Bu da onu yenidən “Qarabağ kartı”nı işə salmağa vadar edir. Məsələ ondadır ki, bu gün Ermənistandakı vəziyyət Sarkisyanın hakimiyyəti dövründən heç nə ilə fərqlənmir.
Əksinə vəziyyət daha da ağırlaşmaqdadır. Məsələn, Paşinyanın davranışlarına əsasən demək olar ki, onun əsas məqsədi hakimiyyətdəki mövqelərini möhkəmləndirməkdən ibarətdir, Qarabağ, əslində onu o qədər də maraqlandırmır.
Onu da qeyd etmək lazımdır ki, hazırda iqtisadi inkişafa nail omaq üçün Ermənistanın özünün resursları yoxdur.
Azərbaycan və Türkiyə ilə sərhədlər bağlıdır. İqtisadiyyatı birbaşa Azərbaycanla bağlı olan Gürcüstanın Ermənistana verə biləcəyi heç nə yoxdur, İran və dünya dövlətləri arasındakı münasibətlər isə hər kəsə məlumdur.Bu baxımdan Ermənistanın kimdənsə yardım almaq imkanı mövcud deyil. Rusiyaya qarşı dikbaşlıq edən İrəvan Qərb qarşısında diz çökməyə hazırdır. Onun səsləndirdiyi fikirlərdə sətiraltı məna olaraq ortaya çıxan əsas vurğu Qərbin üzərindədir. Görünür, Qərbdəki bəzi əsas dairələr Paşinyanı dəstəkləyir.
Lakin Paşinyan Qarabağ danışıqları ilə bağlı cəmiyyətə mesaj verməlidir. O, Qarabağın danışıqlarda tərəf kimi iştirakını istəyir, əks halda ATƏT-in Minsk Qrupunun vasitəçiliyindən imtina edəcəkləri ilə hədələyir. Bu baxımdan, yenə də sual yaranır: Paşinyan hansı addımları ata bilər? Paşinyan nəzərə almalıdr ki, ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlardan çıxan tərəf məğlub olacaq. Ermənistan bu formatdan çıxmaq istəyirsə, onun bir yolu qalır — Azərbaycanla razılıq əldə etmək. Bir sözlə, Ermənistanın Qarabağla birgə Qərbə inteqrasiyası mümkün deyil. Rusiyanın da artıq münasibəti fərqlidir. Beləliklə, Paşinyan iki od arasında qalıb. Rusiya ilə münasibətlər və Qərbyönümlü siyasətin həyata keçirilməsi kimi aşağıdan gələn tələblər ciddi bir sıxıntıya çevrilməkdədir.
Paşinyanın özü millət vəkili olarkən Rusiyanı tənqid edən siyasətçi kimi tanınıb və Serj Sarkisyandan Rusiyadan uzaqlaşıb Qərbə üz tutmağı tələb edən bir neçə simadan biri olub. İndi baş nazir Paşinyan Rusiya təsirindən çıxmağı düşünsə də, bunun mümkünsüz olduğunu başa düşür və çıxış yolu axtarır. Bu baxımdan, İrəvanın Qarabağ danışıqlarında güzəştə getmək niyyəti müşahidə edilir.
Əlavə etmək lazımdır ki, Nikol Paşinyan mitinqlər zamanı verdiyi vədlərə əməl edə bilmir və o, xilas kəməri axtarır. Onun bir qədər əvvəl səsləndirdiyi “danışıqlarda biz yox, Qarabağ iştirak etməlidir” şüarı artıq mənasızlaşıb. Bunu Paşinyan da dərk edir və Bakıdan qarşılıqlı müzakirələri bərpa etməyi xahiş edir. Mövcud status kvo-da uzun müddət davam edə bilməz. Ermənistanın işğalına son qoyulmayınca, vəziyyət gərgin olaraq qalacaq.
Cəbhədə toqquşmalar davam edərsə, Bakının ötən ilin aprel əməliyyatını təkrarlamaqdan başqa yolu qalmayacaq. Savaş başlayarsa, Paşinyan öz diletant bəyanatları ilə uzun müddət tab gətirə bilməyəcək. Bu baxımdan, onun üçün yeganə yol Bakının və vasitəçilərin şərtlərini qəbul etməkdən keçir. Bu yaxınlarda Paşinyan rejimi Daxili Qoşunların Qarabağa yeridilməsi ilə bağlı qərar verdi. Bundan öncə də Qarabağ məsələsi yeni baş nazirin əsas diqqət mərkəzində olub. Paşinyanın Qarabağ amilinə bunca diqqət yetirməsi nə ilə bağlıdır? Görünən budur ki, Paşinyan da keçmiş iqtidar kimi “Qarabağ kartı”ndan istifadə etmək niyyətindədir. Əslində, yeni baş nazirin başqa yolu da qalmayıb. Etirazlar fonunda iqtidara gələn, lakin ölkəni idarə etmək bacarığı olmayan Paşinyan yalnız populist şüar və fəaliyyətlə iflasdan sığortalanmaq niyyətindədir.
Onu da xatırlamaq yerinə düşər ki, yeni baş nazirin son kadr təyinatları siyasi qüvvələrin narazılığına səbəb olub. Son etirazlar zamanı Paşinyanı dəstəkləyənlər də artıq ondan uzaqlaşmağa başlayıblar. N.Paşinyanın nə siyasi, nə də ki iqtisadi proqramı mövcuddur. Odur ki, o, insanların başını qatmaq üçün Qarabağla bağlı populist bəyanatlar verir. Xatırladaq ki, işğal altından olan Azərbaycan ərazisində – Dağlıq Qarabağda Ermənistanın hərbi hissələri yerləşir, Ermənistan vətəndaşları orada hərbi xidmət keçir, “DQR”-in büdcəsinin formalaşmasında, təchizatında Ermənistan birbaşa iştirak edir. Bir sözlə, qondarma “DQR” tam İrəvandan asılı vəziyyətdədir və onun danışıqlara cəlb olunmasını təklif etmək sərsəmlikdən başqa bir şey deyil. “DQR” “müstəqil subyekt” deyil və odur ki, danışıqlar masasında tərəf kimi iştirak edə bilməz. Ümumiyyətlə, Paşinyanın mövqeyi, bəyanatı Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinə, münaqişənin və Ermənistandakı problemlərin həllinə yardım göstərmir, əksinə, həmin problemləri dərinləşdirir.
Bu baxımdan, Paşinyanın bir siyasətçi kimi məğlubiyyəti uzaqda deyil. O, Ermənistanda yalnız Qarabağ klanına qarşı mübarizənin lideri kimi tanınır. Həqiqətən də bir nüansı xüsusi qeyd etmək lazım gəlir ki, İrəvanda yerli ermənilərlə Qarabağdan gələn ermənilər arasında psixoloji vuruşma özünü göstərməkdədir. Paşinyan nə qədər millətçi şüarlara müraciət etsə də, bu məsələlər adi şüur səviyyəsində öz həllini tapmayıb. Paşinyanın qarşısında duran ən mühüm vəzifə Dağlıq Qarabağ məsələsində bundan sonra tutacağı mövqedir. O, anlayır ki, sona qədər danışıqlardan imtina edə bilməz. Savaş da apara bilməz. Əks təqdirdə, ötən ilin aprelində olduğu kimi bu dəfə də İrəvan “ağ bayraq” qaldırmağa məhkum olacaq.
Əslində, Paşinyanın Dağlıq Qarabağla bağlı bəyanatları da bu ziddiyyətli mövqedən irəli gəlir. O başa düşməlidir ki, Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır .Burada bir məqama da diqqət yetirək. İrəvan özünün əsas dayağı olan Moskvanın da dəstəyini itirməkdədir. Paşinyan addımları ilə demək istəyir ki, Ermənistan iqtisadi baxımdan Qərbə bağlı olmaq istəyir.
Onuda qeyd edək ki, avropa.info daha sonra bildirir ki, lakin Paşinyan anlamaq istəmir ki, ermənilərin təhlükəsizlik problemində Kreml ilə əməkdaşlığın alternativi mövcud deyil. Ermənistanda siyasi böhran davam edir və Paşinyanın iflasa uğrayacağını təxmin etmək olar. Qarabağla bağlı verdiyi bəyanatlar Paşinyanı xilas etmək iqtidarında deyil…
Aysu Əliyeva,
Emtv.az