SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Aprel gecdir, Paşinyana sentyabr "hədiyyəsi" edək

10-09-2018, 09:36 | Oxunub: 7 456 |

Aprel gecdir, Paşinyana sentyabr "hədiyyəsi" edək

Nikol Paşinyan yenə siyasətdə naşı olduğunu göstərdi, başından böyük sözlər danışdı.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə millət vəkili Tahir Rzayev öz açıqlamasında deyib.

Millət vəkilinin dediyinə görə, Qərbdəki havadarlarının himayəsi və cinayətkar Sarkisyan xuntasının səhvlərindən yararlanıb, xalq kütlələrinin etirazl dalğasında çevriliş yolu ilə hakimiyyətə yiyələnən Ermənistan lideri, əslində, siyasətçidən, dövlət adamından daha çox uğursuz idarəçi və "siyasətbaz" olduğunu dəfələrlə nümayiş etdirməkdədir, Moskvaya son səfərində söylədiyi təxribat xarakterli sözlər bir daha bunun əyani və növbəti təsdiqi oldu.

T. Rzayev bildirib ki, aprel-may ayları ilə müqayisədə, Paşinyanın ölkədə nüfuzu və reytinqi sürətlə aşağıya düşməkdədir:

"Artıq ona qarşı sabiq prezident, hərbi cani Robert Koçaryanın başçılıq etdiyi böyük bir blok formalaşmaqdadır.

Həm Ermənistandan olub, hakimiyyətdən uzaqlaşdırılan, sıxışdırılan məmurlar, həm də "Qarabağ klanı"ndan olanlar Koçaryanın timsalında Paşinyana qarşı geniş cəhhə açmaqdadırlar. Paşinyanı çox ağır günlər gözləyir, ölkədəki problemlər də bəllidir.

Əslində, Paşinyanı yalnız bir məsələ - əvvəlki başabəla, cinayətkar rəhbərlərin, Koçaryan-Sarkisyan rejimlərinin avantürist, destruktiv siyasətlərindən əl çəkmək və Azərbaycanla konstruktiv şəkildə sülh danışıqları ətrafında, danışıqlar masası arxasında əyləşmək və ədalətli sülhə razı olmaq qurtara bilərdi. Amma görünür, o, bu fürsətini, bu şansını da əlindən verməkdədir.

Onun Moskvada iş adamları ilə görüş zamanı söylədiyi təxribat xarakterli sözləri, yəni, "gələcəkdə tanınmamış "Dağlıq Qarabağ Respublikası" Ermənistan ərazisinin tamhüquqlu tərkib hissəsi olmalıdır" cəfəngiyyatı Paşinyanın heç də xuntaçılardan, cinayətkar Koçaryan və Sarkisyandan fərqlənmədiyini, əksinə, ondan daha betər və avantürsit olduğunu göstərdi.

Bu adam nə danışdığını bilmir və fərqində deyil ki, münaqişənin həllinə, danışıqlar prosesinə, bölgədə sülhün, təhlükəsizliyin təminatına nə qədər böyük zərbələr vurur. O, ağlını başına yığmalı, buraxdığı təhlükəli və biabırçı xətadan geri dönməlidir. Yoxsa həm onun özü, həm də Ermənistan üçün böyük ziyanı olacaq.

Azərbaycan dövlət və dövlət rəhbəri səviyyəsində dəfələrlə açıq şəkildə bəyan edib ki, Qarabağ Azərbaycanın tarixi, ayrılmaz tərkib hissəsidir və torpaq məsələsində heç bir güzəştdən söhbət gedə bilməz.

Əgər Paşinyan bunu dərk etmirsə və ya özünü "uşaq yerinə" qoyursa, bu, artıq onun öz işdir və bunun cəzasının verilməsi uzun çəkməyəcək".

Millət vəkili Aydın Mirzəzadə Paşinyanın sözlərini "təxribat və danışıqlar prosesinə böyük zərbə" adlandırıb.

"Ancaq, o, cavabını almalıdır. Aprel gecdir, Paşinyana bir sentyabr "hədiyyəsi" edək. Qoy, ayılsın", - deyə millət vəkili fikirlərini tamamlayıb.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR