SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Ermənistanda acınacaqlı durum: Paşinyana olan ümidlər puça çıxır – İş adamları sərmayəni ölkədə çıxarır

16-07-2018, 15:00 | Oxunub: 6 171 |

Ermənistanda acınacaqlı durum: Paşinyana olan ümidlər puça çıxır – İş adamları sərmayəni ölkədə çıxarır
Bir neçə ay bundan öncə cinayətkar hərbi xuntadan canını qurtaran Ermənistan məxməri inqilab nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan hərəkatından gözləntiləri çox olsa da, erməni cəmiyyətinin növbəti gözləntiləri də öləziməkdə və puça çıxmaqdadır. Sadə ermənilər Nikol Paşinanın hakimiyyətə gəlişi ilə ilk növbədə sosial-iqtisadi vəziyyətlərinin düzələcəyini gözləsə də, bu, ümidlər özünü doğrultmadı.

Nikol Paşinyan qələbəsinin ilk günlərindən qısa zamanda ölkədə əhalinin sosial-iqtisadi vəziyyətinin düzələcəyi, ölkədə investisiya bumunun yaşayacağını bəyan etsə də, bu gözləntilər özünü doğrultmadı. Əksinə, ölkədəki iş adamları öz sərmayələrini ölkədən çıxarmağa üz tutdu. Bir sıra iş adamları öz obyektlərini satışa çıxarıb.

Emtv.az-ın trend-ə istinadən xəbərinə görə, Ermənistan əhalisini məyus edən hallardan biri də Paşinyan hakimiyyətə gəldikdən sonra uzun aylar boyunca əmək haqqı almayan insanların ümidlərinin puça çıxması oldu. Belə ki, uzun aylar boyunca əməkhaqqını almayan müəssisələrin bir çoxuna Paşinyan inqilabının ilhamvercilərindən olan iş adamlarının nəzarətində olub. Odur ki, Paşinyanın vəddlərinin əksinə olaraq ölkədə iqtisadi inkişaf əvəzinə tənəzzül yaşanmaqdadır.

Ermənistanda yeni hakimiyyətin fəaliyyəti nəticəsində qısa zaman ərzində kiçik və orta sahibkarlığın vəziyyəti pisləşməyə başlayıb. Ermənistan hakimiyyətinin yürütdüyü siyasət nəticəsində biznes mühiti üçün ciddi təhlükə yaranıb. Çünki yeni hakimiyyət müxtəlif metodlarla rəqiblərini sıradan çıxarmaq yolunu tutub. Ona görə də iş adamları öz vəsaitlərini hər vasitə ilə daha təhlükəsiz ölkəyə köçürməyə üstünlük verməkdədir.

Nəticədə Ermənistanda maliyyə axını kütləvi hal alıb və ekspertlər isə bunu ölkənin təhlükəsizliyinə ciddi təhdid hesab edir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR