SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yol polisindən sürücülərə xəbərdarlıq

1-09-2018, 10:17 | Oxunub: 10 023 |

Yol polisindən sürücülərə xəbərdarlıq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə, sürücülərə müraciət edib.

Müraciətdə dayanma-durma və parklanma qaydalarının pozulması, bunun tıxac və sıxlığa səbəb olması əksini tapır.

YP həmçinin sürücülərə bəzi tövsiyələr də verib.

İdarəni bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, yay mövsümün başa çatması, yeni dərs ilinin başlanmasına iki həftə vaxt qalması, bölgələrdə istirahət edən vətəndaşların Bakıya qayıtması artıq paytaxtın bəzi küçə və prospektlərində hərəkətin intensivliyini artırıb.

Bəzən isə sıxlıq və tıxac problemini ortaya çıxarır.

Bunu nəzərə alaraq, DYP sürücülərə tövsiyə edir ki, avtomobili qadağan olunmuş ərazilərdə saxlamasınlar.

Eyni zamanda, parkinqlərdə ikinci və üçüncü cərgədə maşın saxlamaq olmaz.

Parkinq ərazisində avtomobilin saxlanılması qaydalarına ciddi riayət edilməlidir.

Avtobus dayanacağında, səkilərdə və digər ərazilərdə nəqliyyat vasitələrinin park edilməsi yol hərəkəti haqqında qanunun tələblərinin kobud şəkildə pozulmasıdır. İnzibati məsuliyyət yaradır.

Piyada səkilərində maşınlar park edilir ki, bu da piyadaların hərəkətinə maneə yaradır.

Bir daha xatırladırıq ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsində dayanma-durma, 53-cü maddəsində isə parklanma qaydaları və tələblər əksini tapıb.

Xahiş edirik ki, hər bir sürücü funksional vəzifələrini düzgün icra etsin və digər hərəkət iştirakçılarını da nəzər alsın”.

DYP yeni dərs ilinin başlanması ərəfəsində sürücülərin bu müraciətə diqqətlə yanaşmasını vacib sayır və qeyd edir ki, həm özlərinin həm də digərlərinin paytaxt küçələrində rahat və təhlükəsiz, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək YPX əməkdaşları ilə yanaşı, elə sürücülərin də borcudur:“Bu, hər birimizin üzərinə məsuliyyət qoyur. Yol hərəkəti qaydalarına əməl edərək nəqliyyat vasitələrinin dayanma-durma və parklanma qaydalarını pozmayaq”.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR