SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ

19-04-2018, 11:00 | Oxunub: 8 430 |

Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi toy mövsümünün başlanması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Emtv.az xəbər verir ki, İdarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanları yol hərəkətində xeyli xətalara yol verir: "Son zamanlar toy mövsümünün başlanması ilə əlaqədar yenə də yol boyu kobud qayda pozanlar aşkarlanır. Bu da təbii ki, süni sıxlığın yaranmasına səbəb olur. Bəy-gəlin cütlüyünün müşayiətində xeyli kobudluğa yol verilir, səs siqnallarından istifadə edilir, yol zolaqları lüzumsuz olaraq tutulur, şadlıq saraylarının qarşısında dayanma-durma tələbləri pozulur və həmin ərazidən avtomobillərin keçməsi mümkünsüz olur ki, bu da ictimaiyyətdə narazılıq yaradır. Bununla əlaqədar xəbərdarlıq edirik ki, yol boyunca kobud yol-hərəkət qayda pozuntusuna yol verən sürücülər tərəfimizdən aşkarlandıqca onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək".

V.Əsədov bəy-gəlin cütlüyünü müşayiət edən sürücüləri diqqətli olmağa çağırıb: "Yol boyu avtomobili nizam-intizamla idarə edərək başqalarının da hərkətinə şərait yaradın. Bəy-gəlin cütlüyünün müşayiətində maksimum 4-5 maşının iştirak etməsini tövsiyə edirik, səs siqnallarından istifadə edilməməlidir, sürücülər yolayrıclarının keçmə tələbləri üzrə hərəkət etməlidir və digər sürücülərin hərəkətinə süni maneə yaratmamalıdır. Həmçinin bəzədilmiş avtomobillərin dövlət nömrə nişanının görünməsi təmin edilməlidir. Dövlət nömrə nişanının üzərinə "dostum evlənir" və yaxud bəy-gəlinin adını yazmaq inzibati xəta tərkibi yaradır. Sürücülər düşünməsinlər ki, ərazidə yol polisi yoxdursa, istədiklərini edə bilərlər. Sürücülər unutmamamlıdır ki, kiçik bir səhv toy mərasimini yas mərasiminə çevirə bilər. Qeyd edim ki, ötən il 6 toy mərasi ilə bağlı yol-qəza hadisəsi baş verib ki, nəticədə bir neçə nəfər həyatını itirib. Biz yol polisi olaraq belə kobud xətalara yol verənlərə şərait yarada bilmərik. İnsanları belə halların qarşısını almağa dəvət edirik".

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR