18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Avtomobil yolunda velosiped sürən şəxslər - Yol polisi nə deyir?
Avtomobil yolunda velosiped sürən şəxslər çox vaxt qəza şəraitinin yaranmasına səbəb olur.
Yolda istədikləri kimi hərəkət edən bu sürücülər tıxacın olmasından istifadə edib, hərdən yolun əks istiqamətində də hərəkət edirlər.
Maraqlıdır, yol polisi bu məsələ ilə bağlı nə deyir?
Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirir ki, yol-hərəkəti qaydalarını pozmalara görə velisoped sürücüləri üçün də məsuliyyət nəzərdə tutulub:
“Bu ilin 7 ayı ərzində velosopedçilərin iştirakı ilə 14 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 8 nəfər həlak olub, 6 nəfər isə yaralanıb. Bu qəzaların araşdırılması zamanı məlum olub ki, 14 qəzadan 4-ü velosipedçilərin səhvi ucbatından baş verib. Nəticədə 2 velosipedçi dünyasını dəyişib, 2-si də yaralanıb. Bu gün sürücülərin əksəriyyəti velosipedi dəbilqəsiz, günün qaranlıq vaxtlarında isə işıqqaytarıcısız idarə edirlər. Yaxud, yolun əks istiqamətində hərəkət edirlər. Bunların hamısı velosopedçilərin təhlükəsizliyinə bilavasitə təsir edir”.
Kamran Əliyev əlavə etdi ki, 14 yaşı tamam olan sürücülər avtomobil yolunda yolun sağ tərəfi ilə hərəkət edə bilərlər.
Emtv.az