17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DYP-dən sürücülərə 1 sentyabr XƏBƏRDARLIĞI
Sentyabrın 1-də Qurban bayramı ilə bağlı paytaxtdakı məscidlərin ətrafındakı küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılmayacaq.
Emtv.az xəbər verir ki, bu barədə trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Qurum rəsmisi bildirib ki, həmin gün paytaxtda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınması ilə əlaqədar bu ərazilərə nəzarət gücləndiriləcək: "Hələlik, yolların bağlanması barədə qərar qəbul olunmayıb. Amma yol polisi bu ərazilərdə nəzarəti gücləndirəcək. Sürücülərdən xahiş edirik ki, bayram namazına gələrkən müəyyən edilməmiş yerlərdə avtomobilləri park etməsinlər. Bu həm küçələrdə sıxlıq, həm də yol qəzalarına səbəb ola bilər".
V.Əsədov bildirib ki, həmin gün qurbanlıq heyvanlar satılan ərazilərə də yol polisi nəzarəti gücləndirəcək: "Bir daha sürücülərdən xahiş edirik ki, qurbanlıq heyvanların satış mərkəzləri yaradılan ərazilərdə yolların kənarlarında ikinci cərgələrdə avtomobilləri saxlamasınlar. Bu inzibati xəta ilə yanaşı, həm də digər avtomobillər üçün təhlükə yaradır".
Emtv.az