SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Xəzərdə ABŞ hərbi bazası yerləşdirilməyəcək – Qazaxıstan

11-08-2018, 12:52 | Oxunub: 6 797 |

Xəzərdə ABŞ hərbi bazası yerləşdirilməyəcək – Qazaxıstan

Rusiyanın bəzi KİV-ləri və ekspert dairələri Amerikaya məxsus qeyri-öldürücü yüklərin Qazaxıstan ərazisi üzərindən tranziti ilə bağlı heç də real və dəqiq məlumata malik deyillər. Çünki bu məsələdə söhbət Xəzər dənizində ABŞ hərbi bazasının yerləşdirilməsindən getmir.

Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov RİA Novosti-yə açıqlamasında belə deyib.

“Söhbət Əfqanıstan hökumətinə kömək məqsədilə beynəlxalq ictimaiyyət üçün çox vacib olan əməliyatların davam etdirilməsi naminə Qazaxıstan ərazisindən qeyri-öldürücü yüklərin dəmiryolu vasitəsilə kommersiya tranzitindən gedir. Aydındır ki, bu cür tranzit üçün təkcə Qazaxıstanın yox, digər ölkələrin də ABŞ-dan Əfqanıstanadək nəqliyyat marşrutları üzərində yerləşən digər ölkələrin əraziləri də cəlb olunub. ABŞ və Rusiya arasında qüvvədə olan müqavilərdə nəzərdə tutulan analoji şərtlər və müddəalara riayət olunur. Söhbət Xəzər dənizində ABŞ-ın, yaxud digər xarici dövlətin hərbi bazasının yerləşdirilməsindən getmir”, – deyə qazaxıstanlı nazir bildirib.

Həmçinin qeyd edib ki, 2010-2015-ci illərdə Rusiya da öz ərazisindən analoji tranziti təmin edib və bu cür yüklər Əfqanıstana çatdırılıb.

Abdrahmanov onu da vurğulayıb ki, sabah Aktauda Xəzəryanı dövlət başçıları tərəfindən imzalanması gözlənilən Xəzərin hüquqi statusuna dair Konvensiyada sahilyanı ölkələrdən başqa digər dövlətlərin silahlı qüvvələrinin Xəzər dənizində mövcudluğuna icazə verilməməsi prinsipi əks olunub.

Sevinc Əlimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR