SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Rusiyadan icazəsiz Xəzərin dibindən Bakıya qaz kəməri? – İki diplomatik mənbə deyir ki, mümkün olmayacaq…

23-07-2018, 13:03 | Oxunub: 9 727 |

Rusiyadan icazəsiz Xəzərin dibindən Bakıya qaz kəməri? – İki diplomatik mənbə deyir ki, mümkün olmayacaq…

Xəzəryanı ölkələrin başçıları avqustun 12-də Aktauda dənizin hüquqi statusuna dair konvensiyanı imzalamağa hazırlaşırlar.

Emtv.az xəbər verir ki, yerli mətbuat Rusiya hökumətinin saytında “təsadüfən” yerləşdirilən bu sənədin məzmunu haqda bundan əvvəl bəhs etmişdi.

Sənəddə göstərilirdi ki, sahilyanı ölkələr Xəzərin dibi ilə neft-qaz kəmərləri çəkə bilərlər. Bunun üçün ancaq kəmərin keçdiyi sektorların aid olduğu ölkələrin razılaşması kifayət edəcək.

Başqa sözlə, konvensiya uzun illərdir müzakirə olunan və türkmən qazının Azərbaycan üzərindən Avropa bazarlarına nəqlini nəzərdə tutan Transxəzər qaz kəməri layihəsinə yaşıl işıq yandırır. Hansı ki, Rusiya (o cümlədən İran) həmişə bu layihənin əleyhinə olub, dənizin dibindən kəmərlərin çəkilməsi üçün “bütün sahilyanı dövlətlərin icazəsinin gərək olduğunu” irəli sürüb.

Amma “Kommersant”ın məlumatından belə çıxır ki, bu məsələdə optimizm üçün hələ ciddi əsas yoxdur. Konvensiya Transxəzər qaz kəməri layihəsinin yolunu açsa da Rusiya bu layihəni əngəlləmək üçün rıçaqlara malik olacaq.

Məsələ ilə məşğul olan iki Rusiya dövlət strukturundakı mənbələr bildiriblər ki, konvensiya ilə birlikdə Xəzərdə həyata keçirilən layihələrin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosedurana dair protokol da imzalanacaq. Habelə belə variant nəzərdən keçirilir ki, həmin protokolu əsas konvensiyanın imzalanmasından əvvəl ətraf mühit və təbii sərvətlər nazirləri, yaxud xarici işlər nazirləri imzalasınlar. Protokol Xəzərdə həyata keçirilən iri layihələrin, o cümlədən boru kəmərləri layihələrinin bütün sahilyanı ölkələrin arasında konsensus əsasında həyata keçirilməsini nəzərdə tutur.

“Sənəddən aydın şəkildə bəlli olur ki, layihələrin təkcə milli ekoloji ekspertizası və ya beynəlxalq ekspertizası kifayət deyil. Tikintiyə razılıq bütün sahilyanı ölkələr tərəfindən verilməlidir”-mənbələrdən biri “Kommersant”a deyib.

Mənbə əlavə edib ki, konvensiya və protokol bir-biri ilə bağlıdır. Və mənbənin sözlərinə görə məsələ “sırf ekoloji risklərin minimallaşdırılmasına” xidmət edir, yəni hansısa siyasi maneədən söhbət getmir.

Qaz sahəsindəki mənbələr isə deyirlər ki, hətta bu protokol olmasaydı belə Transxəzər qaz kəmərinin perspektivləri yüksək deyildi. Çünki Türkmənistan heç Çinə vəd etdiyi həcmdə qaz ixrac edə bilmir və ötən qış müqavilə öhdəliklərini yerinə yetirə bilməyib. Üstəlik Mərkəzi Asiya-Çin qaz kəmərinin dördüncü qolunun (ildə 35 milyard kubmetr) çəkilməsi nəzərdə tutulur ki, bu da Türkmənistanı hasilatı artırmağa məcbur edəcək. “Biz azı 10 il bundan sonra türkmən qazını Avropada görə bilməyəcəyik”-mənbə deyib.

Rusiya Elmlər Akademiyasının Mərkəzi Asiya və Qafqazı araşdırma qrupunun rəhbəri Stanislav Pritçinə görə isə Azərbaycan Cənub Qaz Dəhlizini işə salmağa hazırlaşır və türkmən qazının tranziti ona elə də vacib deyil. Onun fikrincə Transxəzər qaz kəməri Azərbaycanın qaz yataqlarında hasilatın azalacağı vaxtlarda gərəkli ola bilər.

Aynurə Kərimova
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR