18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvana Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə ilk dəfə yük daşınıb
Naxçıvan Muxtar Respublikasına Bakı-Tbilisi-Qars dəmir (BTQ) yolu xətti ilə yüklərin daşınmasına başlanılıb.
Emtv.az xəbər verir ki, avqustun 8-də BTQ ilə daşınan yüklər Türkiyənin Qars şəhərində boşaldılaraq yük maşınları vasitəsi ilə Sədərək sərhəd-keçid məntəqəsindən keçməklə Naxçıvana aparılıb.
Yük isə Naxçıvanın dəmir yolları təsərrüfatının yenilənməsində istifadə ediləcək ağac şpallardır.
Xatırladaq ki, Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası və ötən ildən işə salınması xüsusi strateji əhəmiyyət daşıyır.
Çünki Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir. Ötən ilin oktyabrında dövlət başçılarının iştirakı ilə gerçəkləşən açılış mərasimində də qeyd olunduğu kimi, digər mühüm bir məsələ isə bu layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır.
Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi də nəzərdə tutulur ki, bu da muxtar respublikanın nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.
Fəridə Yaşar.
Emtv.az
Paylaş: