18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvan televiziyası rus dilində xəbər yayımlayır
Naxçıvan Dövlət Televiziyası rus dilində xəbər yayımına başlayıb.
Emtv.az yerli mətbuata istinadən xəbər verir ki, hər həftənin çərşənbə axşamı saat 21:00-da efirə təqdim olunan rus dilində "Xəbərlər" proqramında həftə ərzində muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında baş verən hadisələr rusdilli auditoriyaya təqdim olunacaq.
Xəbərlərin rus dilində yayımı muxtar respublikanın daha geniş məkanda tanıdılmasına, informasiya blokadasının tam yarılmasına, turizm imkanlarının daha geniş şəkildə təbliğinə xidmət edəcək.
Qeyd edək ki, ötən ildən etibarən hər həftənin bazar ertəsi günü saat 21:00-da "Xəbərlər"in ingilis dilində yayımı da həyata keçirilir.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il fevralın 6-da "Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı"nın təsdiq edilməsi barədə sərəncam imzalayıb. Həmin sərəncama əsasən, "Nuhçıxan" İnformasiya Agentliyi yaradılıb, agentliyin saytı istifadəyə verilib, yeni alınan yayım və çəkiliş avadanlıqları hesabına teleradionun maddi-texniki bazası gücləndirilib. Naxçıvan Teleradiosunun efir vaxtı daha bir saat artırılaraq 19 saata çatdırılıb. "Xəbərlər"in rus dilində yayımı da sözügedən Tədbirlər Planının icrası istiqamətində görülən işlərin davamıdır.
Aynurə Kərimova,
Emtv.az